Daha üç boksçumuz Avropa Oyunlarının yarımfinalında!
23 iyun 2015 23:00
Azərbaycan milli komandasının daha 3 üzvü - Lorenzo Sotomayor, Pərviz Bağırov və Abdulqadir Abdullayev Avropa Oyunlarında yarımfinal mərhələsinə vəsiqə qazandılar. Azerisport.az xəbər verir ki, Sotomayor 1/4 finalda rumıniyalı Daniel Nikulesku üzərində qələbə qazandı.
Boksçumuzun yarımfinalda rəqibi ukraynalı Vasili Petrov olacaq.
Pərviz Bağırov 1/4 finalda Almaniya təmsilçisi Abbas Barouidən üztün oldu. Bağırov yarımfinalda britaniyalı Coş Kelli ilə üz-üzə gələcək.
Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda fransalı Paul Omba Bionqolonu üstələdi.