Daha iki boksçumuz Avropa Oyunlarının yarımfinalında!
23 iyun 2015 14:30
Avropa Oyunlarında daha iki boksçumuz - Anna Əlimərdanova (54 kq) və Albert Səlimov (60 kq) qalib gələrək, yarımfinala vəsiqə qazandılar. Azerisport.az xəbər verir ki, Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı məğlub etdi. Boksçumuz yarımfinalda rusiyalı Yelena Saveleva ilə qarşılaşacaq. Həmin görüş iyunun 25-də keçiriləcək.
Səlimov isə 1/4 finalda Bolqarıstan nümayəndəsi Elian Dimitrov üzərində inamlı qələbə qazandı - 3:0. Milli komandamızın üzvü yarımfinal görüşünü iyunun 26-da keçirəcək.