Salman Əlizadə uduzdu, Tayfur Əliyev yarımfinalda!
Bu gün Avropa Liqasının boks yarışlarında 1/4 final mərhələsinin növbəti görüşləri baş keçirilir. Azerisport.az xəbər verir ki, artıq bu gün rinqə çıxacaq Azərbaycan yığmasının üzvlərindən ikisi görüşünü başa vurub.
Rinqə ilk çıxan Salman Əlizadə İrlandiya boksçusu ilə bacarmayıb və mübarizəni dayandırıb.
Digər təmsilçimiz Tayfur Əliyev isə Danimarka idmançısına qalib gələrək, adını yarımfinala yazdırıb. Bununla o, həm də ən azı bürünc medalı özü üçün təmin etmiş olub. Əliyevin yarımfinaldakı rəqibi Rusiya təmsilçisi Baxtovar Nazirov olacaq.
49 kq. Salman Əlizadə - Brendan İrvin (İrlandiya) - 1:2
56 kq. Tayfur Əliyev - Frederik Yansen (Danimarka) - 3:0
52 kq. Elvin Məmişzadə - Daniel Asenov (Bolqarıstan) 19:30.
81 kq. Teymur Məmmədov - Petr Mullenberq (Hollandiya) 20:45.
+91 kq. Məhəmmədrəsul Məcidov - Əli Dəmirəzən (Turkiyə) 21:00