Musalov 1/4 finala vəsiqə qazandı
21 iyun 2015 23:00
Xaybula Musalov (75 kq) Avropa Oyunlarında 1/8 final mərhələsini qələbə ilə başa vurdu. Azerisport.az xəbər verir ki, boksçumuz fransalı Kristian Mbilli Assomo-Hallier üzərində qələbə qazandı - 3:0.
Milli komandamızın üzvü 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenko ilə qarşılaşacaq. Musalov - Bandarenko görüşü iyunun 24-də keçiriləcək.