Yığmamızın üzvündən daha bir qələbə
21 iyun 2015 21:15
Milli komandamızın üzvü Lorenzo Sotomayor (64 kq) Avropa Oyunlarının 1/8 final mərhələsində moldovalı Dmitri Qalaqotu məğlub edib - 3:0. Azerisport.az xəbər verir ki, boksçumuz 1/4 finalda rumıniyalı Daniel Nikulesku ilə qarşılaşacaq.
Nikulesku 1/8 finalda bosniyalı Adem Fetahoviçi üstələyib. Sotomayor növbəti görüşünü iyunun 23-də keçirəcək.