Alekseyevanın 1/4 finaldakı rəqibi müəyyənləşdi
21 iyun 2015 18:30
Yana Alekseyevanın Avropa Oyunlarının 1/4 final mərhələsində rəqibi məlum oldu. Azerisport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən boksçumuz növbəti görüşünü rusiyalı Zinaida Dobrıninaya qarşı keçirəcək.
Dobrınina 1/8 final mərhələsində İsveçrə idmançısı Sandra Bruggeri məğlub edib - 3:0. Dobrınina ötən il Koreyada keçirilən dünya çempionatında 57 kq çəki dərəcəsində qızıl medala layiq görülüb. Rusiyalı boksçu 2014-cü ildə 57 kq-da Avropa çempionu da olub.
Alekseyeva - Dobrınina qarşılaşması iyunun 24-də keçiriləcək.