Abdullayev də qələbə ilə başladı
21 iyun 2015 17:00
Abdulqadir Abdullayev də Avropa Oyunlarına qələbə ilə başladı. Azerisport.az xəbər verir ki, 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev 1/8 final mərhələsində Macarıstan boksçusu Adam Hamori üzərində qələbə qazanıb - 3:0.
Milli komandamızın üzvü 1/4 finalda fransalı Paul Bionqolo Omba ilə üz-üzə gələcək. Fransa idmançısı bu gün bosniyalı Alem Kolpadan üstün olub. Abdullayev 1/4 final görüşünü iyunun 23-də keçirəcək.