Pərviz Bağırov 1/4 finala çıxdı
21 iyun 2015 15:00
Pərviz Bağırov Avropa Oyunlarında ilk döyüşünü keçirib. Azerisport.az xəbər verir ki, 69 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz moldovalı Vasili Belausu 3:0 hesabı ilə məğlub edib.
Milli komandamızın üzvü 1/4 final mərhələsində Almaniyanı təmsil edən Abbas Baraou ilə qarşılaşacaq. Həmin görüş iyunun 23-də keçiriləcək.