Fotoreportaj|Video|На русском

Bakı-2015

Alov səyahətinin üçüncü festivalı Cəlilabadda keçirildi

4 may 2015 00:05

Bakı-2015 alovu Azərbaycanın bölgələrinə səyahətinin 7-ci günündə, mayın 3-də Muğan düzünün iki rayonunda - Biləsuvarda və Cəlilabadda əhalinin görüşünə yollanıb. Azerisport.az xəbər verir ki, rayon mərkəzində kitabxanaçı Səbinə Hüseynzadənin başladığı estafetdə məşəli boks üzrə Azərbaycan çempionu, məşqçi Emil Məmmədov, enşin karate üzrə üçqat dünya və ikiqat Avropa çempionu, məşqçi Azər Əhmədov, xoreoqrafiya ustası Aygün Novruzova, ictimai fəallar Sərraf Hüseynov, Ləman Yüzbaşova, Nuranə Əliyeva və Daşqın Qəmbərov, boks üzrə dünya çempionatının yeniyetmə və gənclər arasında çempionu, ustalar arasında bürünc medalçısı Emil Məhərrəmov növbə ilə daşıyıblar. Heydər Əliyev meydanında qurulmuş səhnədə çırağı estafetin son iştirakçısı, peşəkar kikboksinq üzrə Avropa kəmərinin sahibi, beşqat dünya çempionu Ehram Məcidov alovlandırdı.

Sonuncu məşəldən alovlandırılan Avropa Oyunlarının çırağını daşımaq yeniyetmə sərbəst güləşçi İqbal Aslanova həvalə olundu. Çıraq Oyunların sonuna qədər Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Bakı 2015-in canlı rəmzlərinin diqqət mərkəzində olduğu qarşılanma mərasimi maraqlı ünsiyyət formasında keçdi. Yerli sakinlərə Birinci Avropa Oyunları ilə bağlı məlumatlar verildi. Yerli istedadlar həm idman, həm də xalq sənətinin müxtəlif sahələrində bacarıqlarını nümayiş etdirdilər.

Məşəl yürüşünün iştirakçısı, Azərbaycan boksunun əsrin əvvəlindəki yeni sıçrayışlı inkişaf dövrünün məşhur təmsilçilərindən olan Emil Məhərrəmov hisslərini bölüşdü: “Avropanın ilk Oyunlarının bu gözəl anlarının iştirakçısı olmaq həqiqətən də həyəcanverici imiş. Xüsusən doğma el-obamda bu prosesə qatılmağım qürurvericidir. Cəmi 10 məşəlçi vardı və onlardan biri də mən olduğum üçün xoşbəxtəm. Əvvəlki rayonlarda olduğu kimi, burada da qarşılanma mərasimi möhtəşəm, qələbəlik şəraitində keçdi. Bu, son illər Biləsuvarda idmana marağın necə yüksəldiyini əyani nümayiş etdirir. Təkcə bu yürüşdə iştirak etmiş məşhur, titullu idman simaları da bunun əyani göstəricisidir. Bir boksçu kimi, əlbəttə, Bakı-2015-də həmkarlarımın hər bir çıxışını həyəcanla izləyib, bütün varlığımla onlara azarkeşlik edəcəyəm. Əminəm ki, qızıl medalımız olacaq. Özü də bir yox, bir neçə".

Bu rayonda yerləşən "Şəhriyar qalası" memarlıq abidəsi Azərbaycanın qədim tarixinin nişanələrindən biridir. Biləsuvarın yeni siması da göz oxşayır. 2013-cü ildə Azərbaycanın "Gənclər paytaxtı" olmuş rayonun Bayraq meydanının görüşünə gələn məşəlçilərlə xatirə şəkilləri çəkdirildi, səmimi söhbətlər aparıldı və sonra karvan Cəlilabada yola salındı.

Bakıdan 210 km məsafədə, düzənlik və alçaq dağlıq ərazidə yerləşən və meşələri, quş qışlaqları ilə tanınan Cəlilabada məşəl günortadan sonra çatdı.

İndiki ərazisinin eramızdan əvvəl II minillikdə 3 metr hündürlüyündə qala divarları ilə hörülməsi barədə məlumatlar olan Cəlilabad, XIX əsrin 30-cu illərində Azərbaycana köçürülən rusları ürək açıqlığı ilə qəbul edib. Azərbaycanda ən böyük üzümçülük, taxılçılıq və kartofçuluq bölgəsi kimi məşhur olan Cəlilabadın yeniləşən siması da göz oxşayır.

1967-ci ildə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmış rayonda son illər idmanın inkişafı xüsusi yer tutur. Mövcud 170 idman qurğusu ilə yanaşı, yeni olimpiya idman kompleksi, 2750 nəfərlik stadion, Şahmat mərkəzi də xüsusi rol oynamağa başlayıb.

İdmanın xüsusi diqqət mərkəzinə düşdüyü rayonda məşəl estafetini boksçu, yeniyetmələrin dünya çempionatının gümüş mükafatçısı İsmayıl Hüseynov başladı. Daha sonra sərbəst güləş üzrə məşqçi Ceyhun Ağamalıyev, bədən tərbiyəsi və idman müəllimi Feyruz Quliyev, kunq-fu məşqçisi Aqil Mustafayev, kənd təsərrüfatı mühəndisi Zaur Tağıyev, ictimai fəallar Ziya Quliyev, Kamran Əsgərzadə, yunan-Roma güləşi üzrə məşqçilər - SSRİ idman ustası Natiq Rzayev, Anar İstamov və eləcə də, Bakı 2015-in rəsmi partnyorlarından olan P&G-in nümayəndəsi Elyar Hüseynov Alov Festivalının məkanına doğru yürüdülər. Son yürüşçü, ictimai fəal Elçin Hüseynovun səhnəyə qalxaraq, çırağı alovlandırması ilə böyük təntənə başlandı. Sonuncu məşəlçinin alovlandırdığı və tələbə Gülşən Nəcəfovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər Bakı 2015-in rəmzi kimi saxlanılacaq.

Məşəl səyahətinin 7-ci günü Cəlilabad şəhərinin Heydər Əliyev meydanında rayon ictimaiyyətinin maraqla izlədiyi möhtəşəm Alov Festivalı ilə başa çatdı. Tədbirə toplaşanlar Bakı 2015-lə bağlı təəssüratlarını paylaşdılar, yerli sakinlər idmançılarımıza uğurlar arzuladılar. Onlara Birinci Avropa Oyunları ilə bağlı ətraflı məlumatlar verildi, sualları cavablandırıldı. Tədbir zamanı Bakı 2015-in rəmzləri yeniyetmə və gənclərin diqqət mərkəzində oldu.

Məşəl estafetinin iştirakçısı, məşqçi Ceyhun Ağamalıyev təəssüratlarını belə bölüşdü: “Birinci Avropa Oyunlarının məşəl estafetinin bütün bölgələrimizə səyahət edəcəyini eşidəndə çox sevindim. Çünki bu, Azərbaycanın tərənnümüdür. Bu, böyük başlanğıcda ölkəmizin bütün bölgələrinin iştirakı, onların da töhfəsinin olması deməkdir. Oyunlar ölkəmizdə idmanın tam yeni yeni müstəvidə inkişafına təsir edəcək və məşəl yürüşün də bunda rolu olacaq. Çünki onu böyük şövqlə qarşılayırlar. Nə gizlədim, məşəl estafetinə dəvət olunacağımı gözləyirdim. Çünki bu günə qədər gördüyüm işə, çəkdiyim zəhmətə daim yüksək qiymət veriblər. Amma bu yürüşün, estafetin iştirakçısı olmaq, həqiqətən, tam fərqli hissləri keçirmək deməkdir. Buna görə çox xoşbəxtəm. Bakı 2015 zamanı güləşçilərimizə tam dəstək verəcəyik. Yetirmələrimlə yarışları tribunalarda izləyəcəyəm ki, bu ab-havanı, böyük yarış hissini indidən mənimsəsinlər. Ən əsası, idmançılarımızı azarkeş tribunalarından irəli səsləyəcək və ruhlandırmağa çalışacağıq”.

Alov səyahətindən şəkillərə baxmaq, küçələrə axışan yerli sakinlərə qoşulmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.

Beləcə, sayca üçüncü alov festivalı da Bakı 2015-in daha bir xatirəsinə çevrildi. Sabah, mayın 4-də məşəl karvanı Kür çayının mənsəbinə – Salyan və Neftçalaya yollanacaq.

Alovun səyahəti barədə az.baku2015.com/Flame veb səhifəsindən ətraflı məlumat almaq olar.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah