Fotoreportaj|Video|На русском

Bakı-2015

Rusiya və Rumıniya gimnastları Milli Gimnastika Arenasında tarixin təkrarlanacağına ümid edirlər

4 mart 2015 15:15

"Bakı hazırlaşır” şüarı altında Avropa Oyunlarına hazırlıq istiqamətində keçirilən silsilə yarışlar çərçivəsində bu gün Gimnastika Növləri üzrə Birgə Açıq Azərbaycan Çempionatına start verilib. Azerisport.az xəbər verir ki, gimnastikanın beş növü üzrə 22 ölkədən ümumilikdə 131 gimnast Milli Gimnastika Arenasında yarışacaq və bu müsabiqədə Azərbaycan idmançıları gimnastikanın bədii və aerobika növlərində 2014 Dünya Çempionatının qalibləri olan rusiyalı və rumıniyalı idmançıları üstələyəcəyinə ümid edirlər.

Rusiyalı idmançı Yana Kudryavtseva Dünya Çempionatlarında fərdi çoxnövçülük yarışlarında 2013 (Kiev, Ukrayna) və 2014-cü (İzmir, Türkiyə)  illərdə qızıl medal qazanıb və eyni zamanda 2014-cü ildə keçirilmiş komanda yarışlarında Rusiyaya qələbə ilə qayıdıb. O, son iki çempionatda bədii gimnastika üzrə liderdir. Marina Durunda (Azərbaycan) 2014-cü ildə əldə etdiyi 6-ci yer nəticəsini yaxşılaşdıracağına və Kudryavtsevaya layiqli rəqib olacağına ümid edir.

Rusiya komandasının üzvləri Daria Avtonomova, Anastasiya Maksimova və Maria Tolkaçeva 2014-cü ildə keçirilmiş Dünya Çempionatında bədii gimnastika üzrə qrup hərəkətləri kateqoriyasında əldə etdikləri qızıl medal nəticəsini Bakıda təkrarlayacaqlarına ümid edirlər. Bu komanda həmin çempionatda top və lentlərlə 3+2 alətlər finalında 9,050 bal toplayaraq Bolqarıstan və Belarus komandaları üzərində qələbə qazanmışdı.

Aerobika gimnastikasında Rumıniya komandası son iki sezonun məğlubedilməzidir. Bu komanda 2014-cü ildə keçirilmiş Dünya Çempionatında (Kankun, Meksika) trio, qrup və qarışıq cütlüklər kateqoriyalarında, 2013-cü ildə baş tutmuş Avropa Çempionatında (Ark, Fransa) isə trio və qarışıq cütlüklər kateqoriyalarında qızıl medala yiyələnib. Rumıniyanın son vaxtlar medal qazanan komanda üzvlərindən yalnız Maria Bianca Gorgovan və Dacian Barna Birgə Açıq Azərbaycan Çempionatında iştirak edəcəklər. Onlar qrup kateqoriyasında Gabriel Boscer, Lucian Savulescu və Lavinia Panaete ilə birlikdə birinciliyi saxlamaq niyyətindədirlər.

İdman gimnastikası – kişilər
•Filip Ude (Xorvatiya) 2014 Dünya Çempinatında  dəstəli at kateqoriyasında gümüş medal qazanmışdı.
•Azərbaycan idmançısı Petro Pakhnyuk 2014 Dünya Çempinatında fərdi çoxnövçülük yarışında 15-ci yerdə qərarlaşmışdı.
•Alexander Shatilov (İsrail) 2012 London Olimpiya Oyunlarında sərbəst hərəkətlər kateqoriyasında 4-cü yer tutmuşdu. O, 2013 Avropa Çempionatında sərbəst hərəkətlər keteqoriyasında qızıl medal qazanaraq bu çempionatlarda birinci yeri əldə etmiş ilk israilli gimnastdır.

İdman gimnastikası – qadınlar
•Azərbaycandan bu müsabiqədə 5 gimnast ilə çıxış edəcək.
•Marina Nekrasova (Azərbaycan) 2014-cü il də keçirilmiş Dünya Kuboku yarışında (Kottbus, Almaniya) təkanla tullanmada 6-cı yerə yiyələnib.
•Tutya Yılmaz (Türkiyə) 2014-cü ildə Çinin Nancinq şəhərində keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Türkiyə adından çıxış edərək həm təkanla tullanmada, həm də sərbəst hərəkətlərdə 8-ci yerə sahib olub.

Akrobatika gimnastikası
•Bu yarışda Azərbaycan, Bolqarıstan və Almaniya Milli Olimpiya Komitələri (MOK) iştirak edəcək.
•Akrobatika gimnastı Elena Velikova (Bolqarıstan) Birgə Açıq Azərbaycan Çempionatının ən gənc iştirakçısıdır. Onun hal-hazırda 14 yaşı var.

Aerobika gimnastikası 
•İspaniyalı Vicente Lli və Sara Monero Rumıniyalı gimnastların əsas rəqibləridirlər. Onlar 2014 Dünya Çempionatında 6-cı yeri tutub və bundan 2 il öncə, 2012-ci ildə keçirilmiş Dünya Çempionatında (Sofia, Bolqarıstan) isə qızıl medal qazanıblar.

Bədii gimnastika 
•13 MOK-dan ümumilikdə 49 gimnast qrup və fərdi kategoriyalarda mübarizə aparacaq.
•2014 Dünya Çempionatında 13-cü yerdə qərarlaşan gürcüstanlı Salome Pazhava fərdi kateqoriyada medal qazanmaq üçün rusiyalı və azərbaycanlı idmançılarla rəqabət aparacaq.

Batut gimnastikası 
•Kişi və qadın gimnastlar fərdi və sinxron çıxışlar kateqoriyalarında yarışacaqlar.
•Amerikalı Shaylee Dunavin 2014 Dünya Çempionatında (Florida, ABŞ) oyundaşı Charlotte Drury ilə birlikdə batut gimnastikası üzrə sinxron çıxışlar kateqoriyasında  4-cü yeri tutmuşdu.
•Silvia Saiote (Portuqaliya) 2013 Dünya Oyunlarında (Kali, Kolumbiya) 3-cü yerə sahib olmuşdu və eləcə də 2011 Dünya Çempinatında (Birmingem, Böyük Britaniya) gümüş medal qazanan komandanın üzvü idi.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah