Avropa Oyunlarının biletləri satışa çıxır
3 mart 2015 18:15
Bakıda keçiriləcək “Bakı 2015” I Avropa Oyunlarının yarışlarına biletlər bayram günlərində - martın 19-dan 21-nə qədər satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O’Kallahan verib.
Hazırda biletlərin qiyməti dəqiqləşir.
Qeyd edək ki, Pirs O’Kallahan biletlərin münasib qiymətə olacağını deyib.