Fotoreportaj|Video|На русском

Bakı-2015

Boks üzrə Olimpiya çempionu Keti Teylor Bakı-2015-in elçisi elan edildi

27 fevral 2015 16:15

Bakı 2015 Avropa Oyunları bu gün irlandiyalı boksçu Keti Teyloru tarixdə ilk dəfə bu yay keçiriləcək Oyunların beynəlxalq idman elçisi elan edib. Azerisport.az xəbər verir ki, London 2012 Olimpiya Oyunlarında qızıl medal qazanmış xanım Teylor həmçinin 60 kq çəki kateqoriyasında hazırkı İrlandiya və dünya çempionudur.

Onun mühüm çempionatlarda qazanmış olduğu medallar siyahısına Olimpiya çempionu olmaqla yanaşı, beş ardıcıl dünya çempionu, altı  ardıcıl Avropa çempionu və beş Avropa İttifaqı qızıl medalı olmaqla 17 qızıl medal daxildir və Teylor qadın boksu tarixində ən çox medal qazanmış idmançı hesab edilir.

Bakı 2015-in əməliyyatlar üzrə baş icraçı direktoru cənab Saymon Kleg deyib: "Keti-ni beynəlxalq idman elçisi qismində Bakıda salamlamaq mənim üçün çox xoşdur. Onun kimi dünya miqyaslı bir çempionun ilk Avropa Oyunlarını dəstəkləməsi tədbir üçün böyük bir üstünlükdür və bu yay keçiriləcək yarışların yüksək səviyyəsindən xəbər verir. Mən Keti-nin idman elçisi qismində Oyunları İrlandiyada böyük məmnuniyyətlə təşviq edəcəyindən əminəm və onun iyun ayında Bakıda yarışacağı günü səbirsizliklə gözləyirəm".

Bakı 2015-in idman elçiləri həm yarışdıqları idman növünü təmsil edəcəklər, həm də Avropa Oyunlarının təşviqi məqsədilə bütövlükdə qitə üzrə və sosial mediada marketinq kampaniyalarında iştirak edəcəklər.

İrlandiya Respublikasının milli qadın futbol komandasını da təmsil edən 28 yaşlı xanım Teylor bildirdi: "Bakı 2015 Oyunları Avropa idmanı üçün gözəl bir irəliləyişdir və mən həm idman elçisi, həm də yarışçı olaraq burada iştirak etdiyim üçün çox məmnunam. Oyunlar haqqında məlumatlılığın artırılması və bu haqda mümkün qədər daha çox insanın xəbər tutması üçün əlimdən gələni edəcəyəm."

İrandiya Olimpiya Şurasının sədri cənab Patrik Hikki deyib: "Mən Keti-nin Bakı 2015 Oyunlarını ölkəsində lazımınca təşviq edəcəyindən və bu yay Azərbaycanda irlandiyalı idmançılara dəstək olacağından heç bir şübhə duymuram. Birinci Avropa Oyunlarına elçi qismində onun kimi dünyanın öndəgedən yarışçılarından birini cəlb etdiyiniz üçün peşman olmayacaqsınız."

Bir qismi yaxın gəlcəkdə açıqlanacaq Bakı 2015 idman elçiləri sırasına xanım Teylorla yanaşı Britaniyalı taekvondoçu Ceyd Cons, Fransalı bədii gimnast Kseniya Mustafaeva, Danimarkalı kanoe sprintçi Rene Holten Poulsen, Serbiyalı 3x3 basketbolçular Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviç daxildir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah