Fotoreportaj|Video|На русском

Avtoidman

"Bakı trekinin ən maraqlı hissəsi 8-12-ci döngələrin arasındakıdır"

3 iyun 2016 15:15

Marşallar Formula 1 yarışlarında mühüm yer tutan vəzifələrdən biridir. Azerisport.az sizi beynəlxalq marşallardan biri - hindistanlı Tanvir Sinqdən alınmış müsahibə ilə tanış edir:

- Trek marşalı kimi qazandığınız təcrübə barədə danışın.
- Mənim ailəm avtomobil və idman yarışlarının həvəskarıdır. İlk dəfə 2011-ci ildə - Formula 1 Hindistanda təşkil olunarkən marşallıq etdim. Bu, mənim marşal kimi ilk təcrübəm idi və  həmin ildən etibarən hər il Sinqapur və Əbu Dabi Formula 1 yarışlarında marşallıq edirəm.

Uşaq olarkən, Formula 1 yarışlarını televiziya ekranından izləyirdim və ilk dəfə trekdə iştirak etmək fürsəti yarananda mən bu təkliflə razılaşmaya bilməzdim. Bolidlərə və pilotlara yaxın olmaq, mexaniklərlə, yarışların təşkilatçıları ilə görüşmək və özüm kimi çılğın Formula 1 marşalı ilə tanış olmaq əvəzedilməz bir duyğudur və başqa hisslərlə müqayisə oluna bilməz. Bu illər ərzində tanış olduğum bəzi marşallarla ailə üzvləri qədər səmimi olmuşuq və hər ilin əvvəlində  yarışlarda marşallıq etmək planlarımızı birlikdə müzakirə edirik. Kimin hansı yarışda marşallıq edəcəyini soruşuruq və ona uyğun olaraq, səfər planları qururuq. Bu, bir növ, Formula 1 tətillərinə bənzəyir. Rocer Federerə azarkeşlik etdiyim və bütün F1 yarışlarında üzərində onun inisialları olan gün papağı taxdığım üçün marşal dostlarım məni Formula 1-in Rocer Federeri adlandırır.

2013-cü ildə keçmiş Formula 1 komanda başçısı Eddi Cordan məndən BBC Sport kanalı üçün müsahibə alanda söyləmişdi ki, mən bütün idman növlərini qarışdırıram, çünki Rocer Federerin gün papağı yenə də başımda idi. Mənsə TV çıxışımda onun sualına cavab olaraq bildirdim ki, onların hər ikisini xoşlayıram və Hindistan Qran Prisindən sonra baş tutacaq növbəti yarışda ona uğur arzulayıram.

- 2016-ci il Avropa Qran Prisində sizin vəzifələriniz nədən ibarət olacaq?
- Mənim 2016-cı il Formula 1 Avropa Qran Prisində görəcəyim işlər hələ ki dəqiqləşməyib. Əvvəllər həm müdaxilə, həm də yanğın marşalı kimi işləmişəm.  Bakıya gəldikdə isə trek marşalı olacağımı zənn edirəm. Biz təyin olunduğumuz məntəqə və öhdəliklər barədə məlumatı Bakıya çatarkən əldə edə biləcəyik. 

- Bu yarışa hazırlıq işləri necə gedir?
- Mən öncə Bakı Şəhər Halqasının facebook qrupuna öz minnətdarlığımı bildirirəm. Onlar bu trek barədə ətraflı məlumatı öz səhifələrində paylaşmışdılar. Trekin xəritəsi, döngələr, maksimal sürət və məsafə kimi məlumatları əldə etdikdən sonra əminliklə deyə bilərəm ki, treki görmədən də ona bələdəm. Bu cür məlumatlar çox faydalıdır, xüsusilə də yarışların Azərbaycanda ilk dəfə olaraq keçirildiyini nəzərə almalıyıq.

- Bakı Şəhər Halqası haqqında fikirlərinizi bölüşməyinizi istərdik. Trekdə ən çox xoşunuza gələn cəhətlər hansılardır?
- Bu trekin maraqlı cəhətlərindən biri odur ki, onun yarış təqvimindəki ən sürətli trek olacağı gözlənilir. Həmçinin, müasir yollarından tutmuş qədim tarixə malik guşələrinədək Bakının bütün görməli yerləri ilə tanış olmaq imkanı yaranacaq. İçəri Şəhərin divarları arasındakı yoxuşlu hissələrdən  keçən zaman Formula 1 pilotlarının nümayiş etdirəcəkləri məharət və dəqiqlik, eyni zamanda sürətli yarış, tamaşaçılar üçün maraqlı, marşallar üçün isə həyəcanverici olacaq. Fikrimcə, trekin ən maraqlı hissəsi 8-12-ci döngələr arasında olan hissəsidir.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah