Fotoreportaj|Video|На русском

Avtoidman

Qran prinin fiziki məhdudiyyətli şəxslərdən ibarət bir qrup könüllüsü nazirlə görüşdü

23 may 2016 20:00

Gənclər və idman naziri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) sədri Azad Rəhimov mayın 23-də Formula 1 Avropa Qran Prisində könüllü fəaliyyət göstərəcək fiziki məhdudiyyətli şəxslərlə görüşüb. Azerisport.az xəbər verir ki, Əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə nazir Azad Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan bir qrup fiziki məhdudiyyətli şəxslə səmimi söhbət aparıb, onların əldə etdiyi böyük uğurları ilə yanaşı qarşılaşdığı çətinliklərlə də ətraflı şəkildə tanış olub.  

Gənclər və idman naziri Azad Rəhimov fiziki məhdudiyyətli şəxslərin könüllü fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki, əlilliyi olan şəxslər üçün təqdim olunan imkanlar daha da artırılacaq: “Bu il Bakıda Formula 1 Avropa Qran Prisi və Şahmat Olimpiyadası keçiriləcək. Gələn il də İslam Həmrəyliyi Oyunları baş tutacaq. Birinci Avropa Oyunlarında olduğu kimi bu idman yarışlarında da könüllülərin rolu çox böyükdür. Sizin zəhmətiniz bizim üçün çox vacibdir və sizi bu sıralarda görməkdən çox şadıq. Ölkədə keçirilən bütün iri miqyaslı idman yarışlarında yaxından iştirak etməlisiniz və bu tədbirlərin heç birində kənarda qalmamalısınız. 

Biz digər tərəfdən ölkədə sizə daha geniş imkanların yaradılması istiqamətində xüsusi səy göstəririk. Bildiyiniz kimi, hal-hazırda ölkədə 41 olimpiya idman kompleksi fəaliyyətdədir və bu yerlərin hamısında fiziki məhdudiyyətli şəxslər üçün lazımi şərait yaradılıb. Biz çalışırıq ki, sizə göstərilən imkanlar daha da genişləndirilsin və əlilliyi olan istənilən şəxs Azərbaycanda heç bir məhdudiyyət hiss etməsin".

Görüşdə iştirak edən fiziki məhdudiyyətli şəxslərdən ibarət heyətə İlham Məhərrəmov rəhbərlik edirdi. Əlillərin sosial həyatı, məşğuliyyəti, problemləri və profillərini işıqlandırmaq məqsədilə onlayn fəaliyyət göstərən Arabaçı TV-nin təsisçisi olan İlham Məhərrəmov öz çıxışında fiziki məhdudiyyətli şəxslərə göstərilən böyük dəstəyə görə nazir Azad Rəhimova təşəkkür etdi və bildirdi ki, son vaxtlar cəmiyyət arasında əlillərə yanaşmada böyük dəyişikliklər müşahidə olunur: “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasında birinci Avropa Oyunlarının təsiri çox böyükdür. Biz burada müxtəlif sahələrdə yüksək səviyyədə xidmət göstərdik və bununla da bu idman yarışı cəmiyyətin əlilliyi olan insanlara baxışında köklü dəyişikliyin başlanğıcı oldu. Belə ki, iştirakçılar arasında özünə inam hiss yarandı və evlərinə qapanmış əlillər üçün də bu fəaliyyət böyük stimul oldu.

Digər tərəfdən Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə göstərilən qayğı ilbəil artmaqdadır. Bu il Formula 1 Avropa Qran Prisində bizim üçün daha geniş imkanlar yaradılıb. Buna görə sizə öz dərin minnətdarlığımızı bildiririk və var gücümüzlə çalışacağıq ki, qarşıdan gələn bütün iri miqyaslı tədbirlərdə sıralarımız daha da genişlənsin".

Qeyd edək ki, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən olan fiziki məhdudiyyətli şəxslərdən Avropa Qran Prisinin Könüllülük Proqramına 30 müraciət ərizəsi daxil olub. Reabilitasiya mərkəzində keçirilmiş müsahibə mərhələsindən sonra müraciətçilərdən 15-i Avropa Qran Prisində könüllü fəaliyyət göstərmək üçün seçilib, 2-i isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə işə götürülüb. Yarış zamanı fiziki məhdudiyyətli könüllülər əsasən qapalı məkanlarda, xüsusən də yarış və biletlə əlaqədar məlumat mərkəzlərində fəaliyyət göstərəcəklər. 

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah