Fotoreportaj|Video|На русском

Avtoidman

Avropa Qran Prisində iştirak edəcək qonaqlar üçün yeni viza qaydaları

21 aprel 2016 13:40

Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 17-19 iyun 2016-cı il tarixində baş tutacaq 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün Bakıya gələcək daimi akkreditasiyası olan media nümayəndələrinin, FOM/FIA/Komanda heyətlərinin və xarici azarkeşlərin viza rəsmiləşdirilməsi qaydalarına edilmiş yeniliklər haqqında məlumat yayıb. Azerisport.az xəbər verir ki, əlavə olaraq, bu gün əməliyyat şirkəti Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışlarını izləmək üçün ölkəmizə səfər edəcək bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri üçün viza rəsmiləşdirilməsi qaydalarının yenilənməsi barədə də məlumat verib.

Eyni zamanda bugünkü açıqlamada, tədbir çərçivəsində Azərbaycana gətiriləcək elektronik avadanlıqların ölkənin gömrük xidmətinin nəzarətindən asanlıqla keçirilməsini təşkil etmək haqqında məlumata da yer verilib.

Formula 1-in Daimi Akkreditasiyası Olan Media Nümayəndələri, FOM/FIA/Komanda Heyətləri və Xarici Azarkeşlər Üçün Hava Limanında Vizaların Verilməsi

Azərbaycan Hökumətinin qərarına əsasən, 2016-cı il Formula 1 Avropa Qran Prisi keçirildiyi müddətdə tədbirləri işıqlandıracaq daimi akkreditasiyası olan media nümayəndələri, FOM/FIA/Komanda heyətləri və yarışa bileti olan xarici azarkeşlər üçün vizaların verilməsi qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilib.

Pasport və Formula 1 Avropa Qran Prisi üçün daimi Formula 1 media buraxılış vəsiqəsi və daimi akkreditasiya ilə təmin olunmuş bütün daimi akkreditasiyası olan Formula 1 media nümayəndələri və FIA/FOM/Komanda heyətləri artıq viza üçün Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında xidmət göstərən bir neçə viza məntəqəsinə passport və daimi akkreditasiya sənədi ilə müraciət edə bilərlər.

Bu sadələşdirilmiş qaydalar, o cümlədən, 2016-cı il Formula 1 Avropa Qran Prisini izləmək üçün ölkəmizə səfər etmək istəyən, pasport və bileti, yaxud biletin alınması haqqında təsdiq sənədi olan Formula 1 azarkeşlərinə də şamil edilir. Belə ki, həmin şəxslər Azərbaycana daxil olmaq üçün vizanı Bakı Hava Limanındakı Viza məntəqəsinə müraciət edərək əldə edə bilərlər. BŞH-nin bu məqsədlə hava limanında təşkil edəcəyi Viza məntəqəsi iyunun 1-də fəaliyyətə başlayacaq.

Hava limanında viza rəsmiləşdirilməsi üçün 35 avro məbləğində birdəfəlik rüsum ödənilməlidir.

Bir Yarışlıq Akkreditasiyası Olan Beynəlxalq Media Üçün Viza Müraciət Qaydaları

Azərbaycan Hökuməti və BŞH, Bakıya səfər etmək və iyun ayında baş tutacaq yarışları işıqlandırmaq niyyətində olan bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələri üçün sadələşdirilmiş və asan viza müraciət qaydaları hazırlayıb. Bir yarışlıq akkreditasiyaya sahib beynəlxalq media nümayəndələri akkreditasiyanın təsdiqini yarışa az müddət qalmış alacağı üçün, BŞH bu müraciətçilərin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan vizası üçün müraciət prosesinə səfərdən kifayət qədər əvvəl başlasınlar.

Vizaya müraciət etmək üçün, BŞH bütün bir yarışlıq akkreditasiyası olan beynəlxalq media nümayəndələrinə müraciət edərək bildirir ki, aşağıda qeyd olunmuş məlumatları 30 may 2016-cı il tarixindən gec olmayaraq göndərsinlər.

• Tam doldurulmuş Viza müraciət forması (FIA/FOM saytında əldə edə və/və yaxud email vasitəsilə BŞH-yə müraciət edərək əldə edə bilərsiniz)

• Pasportunuzun aydın və rəngli şəkildə skan olunmuş surəti (hər iki səhifəsi)

• Pasport üçün aydın və rəngli 3x4 ölçülü rəqəmsal fotoşəkil 

• Təyyarə biletiniz və otel bronu haqqında məlumat (Viza üçün müraciət etməzdən əvvəl əldə etmək tələb olunur)

Viza üçün edilən müraciətə müsbət cavab verilmiş hər bir şəxs üçün birdəfəlik ödəniş haqqı 70 ABŞ dolları təşkil edəcək.

Mayın 30-dan sonra Viza üçün müraciət edəcək şəxslər üçün əlavə qiymətə təklif olunan xüsusi “son dəqiqə” Viza xidməti mövcuddur. Bu cür müraciətlərə tam ərizə paketi göndərildikdən sonra üç iş günü ərzində baxılacaq.

Media avadanlıqları/Gömrük nəzarəti:

Azərbaycana öz elektronik/çəkiliş avadanlıqlarını gətirmək istəyən bütün media nümayəndələrinin, xüsusilə fotoqrafların və yayım heyətinin nəzərinə çatdırmaq istəyirik ki, gömrük nəzarəti zamanı hər bir avadanlıq üçün öncədən alınmış müvafiq icazə sənədi tələb olunacaq.

Odur ki, BŞH bütün media nümayəndələrinə müraciət edərək, istifadə edəcəkləri avadanlıqların siyahısını (seriya nömrələri də daxil olmaqla) Excel sənədi formatında 30 may 2016-cı ildən gec olmayaraq təsdiq üçün BŞH-yə göndərmələrini xahiş edir.

Media nümayəndələri üçün otel:

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti Avropa Qran Prisi ərzində Formula 1 yarışında iştirak edəcək media nümayəndələri üçün mövcud 2 otelə xüsusi qiymətlərlə yerlər təklif edir. Xahiş edirik nəzərə alasınız ki, bu otellərdə yerlər məhduddur və bu yerlər daha tez müraciət edən şəxslərə təklif olunacaq. 

Qeyd edilən otellərdə qalan yerlər haqqında məlumat almaq və ya otaq sifariş etmək üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əlaqə saxlamaq lazımdır.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah