Fotoreportaj|Video|На русском

Avtoidman

Avropa Qran Prisinin başlama vaxtı dəyişdi

5 aprel 2016 15:00

Azərbaycan Hökumətinin yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq yarışın başlama vaxtı saat 5-ə çəkilib. Azerisport.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkə ictimaiyyətininin diqqətinə çatdırır ki, Azərbaycan Hökumətinin bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq, bu il Bakıda Formula 1 üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlama vaxtı bir saat önə çəkildi. Belə ki, yeni vaxtla yarışa saat 5-də start veriləcək.

Avropa Qran Prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini və eyni zamanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) ötən həftəsonu sözügedən dəyişikliyi təsdiq etdi.

Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Belə ki, yarışın rəsmi açılışı Mərkəzi Avropa Vaxtı ilə saat 3-də baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.

BŞH-nin İcraçı Direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən belə dedi: “Formula Bir Rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm oyunu canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan etməyə şadıq. Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla bu möhtəşəm şəhərdə ilk dəfə keçiriləcək Formula 1 yarışına baxmasını təmin etməkdir. Fikrimizcə, bazar günü idman yarışlarını izləməyə davam etmək çox gözəl olacaq!”

Bakı Şəhər Halqasında işlərin gedişatının hansı mərhələdə olduğunu izləmək üçün aşağıdakı keçidə daxil olun: https://www.bakucitycircuit.com/media/video

Həmin videoda BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer tikinti-quraşdırma işləri ilə bağlı son vəziyyət haqqında məlumat verdi: “Bura paddok sahəsidir. Burada Pit və Komanda Binaları yerləşəcək. Hazırda binaların tikintisi ilə bağlı quraşdırma işləri davam etdirilir. Yarışa Nəzarət Mərkəzinin yerləşdiyi qüllənin inşasına bu həftə start veriləcək. Tikinti-quraşdırma işlərinə ümumilikdə 4 aylıq bir vaxt tələb olunur. Aprelin 1-dən etibarən quraşdırma işləri sürətləndirilib. Biz bütün bu işləri iyunun 1-dək yekunlaşdırmaq niyyətindəyik. Bu, həmin yerləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Formula Bir Rəhbərliyinə, Beynəlxalq Avtomobil Federasiyasına və Formula 1 Komandalarına təhvil verməzdən əvvəl bizə burada son dəyişikliklər etməyə imkan verəcək.”

Öz növbəsində BŞH-nın icraçı direkoru Arif Rəhimov qeyd edib: “Biz plana müvafiq olaraq fəaliyyət göstəririk. Bəzi məqamlarda biz plandakından daha çox iş görmüşük ki, bu da olduqca sevindirici bir haldır. Bizimlə bu uğurda birgə iş görən podratçı şirkətlər Avropa Qran Prisi başlamazdan əvvəl hər şeyin tam şəkildə hazır olmasını təmin etmək üçün var gücü ilə çalışırlar. Bu baxımdan biz də öz növbəmizdə yarışın ən yüksək səviyyədə təşkil olunması üçün bütün səyimizi bu işə səfərbər etmişik.”

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah