BŞH ilə ASAN xidmət arasında əməkdaşlıq memorandumu imzalanıb
29 fevral 2016 20:00
Bakı Şəhər Halqası ilə “ASAN xidmət” arasında əməkdaşlıq memorandumu imzalanıb. Azerisport.az xəbər verir ki, memorandumu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədova və Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.
Fevralın 29-da baş tutan görüşdə tərəflər könüllü fəaliyyət sahəsindəki əməkdaşlıq çərçivəsində könüllülük fəaliyətinin təşviqi və təbliği haqqında razılığa gəliblər.