“Azərbaycanlıların Quliyevi diskvalifikasiya etməyə heç bir hüququ yoxdu”
30 dekabr 2010 13:52
Türkiyə Yüngül Atletika Federasiyasının prezidenti Mehmet Terzi Türkiyə yığmasında çıxış etmək istəyən azərbaycanlı yüngül atlet Ramil Quliyevin mümkün diskvalifikasiyası haqda fikri şərh edib. Azerisport.az xəbər verir ki, o, bu haqda belə danışıb:
“Bizə diskvalifikasiya haqda məlumat çatmayıb. Bir məqamı dəqiq bilirəm ki, azərbaycanlılar Quliyevin vətəndaşlığını dəyişməsindən çox narazıdırlar. Oradan bizə belə addımın yaxşı qarşılanmadığı haqda məktub gəlib” - deyə Mehmet Terzi Türkiyə mətbuatına müsahibəsində bildirib.
`Fenerbahçe` yüngül atletika departamentinin rəhbəri Fikret Çetinkaya da məmurun doğru olduğunu təsdiqləyib: “Onların atleti diskvalifikasiya etmək hüququ yoxdur”.