Azərbaycan millisi Maltaya çatdı
4 sentyabr 2015 22:00
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta ilə qarşılaşmalı olan Azərbaycan yığması artıq Maltadadır. Azerisport.az xəbər verir ki, millimiz səfər matçına son hazırlığı məhz sözügedən ölkədə həyata keçirəcək.
Qeyd edək ki, Malta - Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.