Kəpəzin Bakıdakı toplanışı davam edir
4 iyul 2015 00:30
“Kəpəz” Bakıda təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, “sarı-göylər” gündə iki dəfə məşq edir.
Məşqçilər korpusu futbolçuları səhər saat 11:00-da və axşama doğru saat 18:00-da məşqə çıxarır.
Səhər çalışmaları Xəzər dənizinin sahilində aparılır. Burada futbolçular müəyyən fiziki təmrinləri yerinə yetirirlər. Günün ikinci məşqi isə meydançada keçirilir. Axşam hazırlığında əsasən taktiki və texniki çalışmalara diqqət ayırılır.