UEFA Kuboku Bakı küçələrini dolaşdı
23 aprel 2014 12:22
Futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək final mərhələsinin oyunlarının təbliğ edilməsi məqsədilə AFFA “İnnosign” MMC-nin “Hərəkətli Bilbordlar” Reklam avtomobilindən istifadə edir. Azerisport.az xəbər verir ki, bu reklam avtomobili aprelin 21-dən etibarən Bakı şəhərinin müxtəlif küçələrindən keçməklə turnirin təbliğinə yardımçı olur.
(AFFA)