Shamkir Chess-2014 iştirakçıları Heydər Əliyev və Vüqar Həşimovun məzarını ziyarət ediblər
18 aprel 2014 16:40
Məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçiriləcək “Shamkir Chess-2014” Beynəlxalq şahmat turnirinin iştirakçıları, eləcə də Şahmat Federasiyası, Gənclər və İdman nazirliyi və Synergy Group rəhbərliyi Fəxri xiyabana gələrək ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Sonra Fəxri Xiyabana gələn Beynəlxalq şahmat turnirinin iştirakçıları məşhur qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuş və gül düzmüşlər.
Azerisport.az fotoreportajı diqqətinizə çatdırır.