İlham Allahverdiyev: Bizə yalnız bu etimadı doğrultmaq qalır (FOTO)
8 января 2014 11:55
“Neftçi” PFK-nın gənc futbolçuları klubun rəsmi saytına açıqlama veriblər. Azerisport.az gənc futbolçu İlham Allahverdiyev sözlərini diqqətinizə çatdırır:
“Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. “Qaradağ Lökbatan” klubunda keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf etdirdim. “Neftçi”də isə tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odur ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır”.
(Klub saytı)