MEDIA|Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Boris Xetaqurov: Məni bütün dünyaya Neftçi tanıdıb

26 апреля 2011 12:11
Azerisport.az sizi ölkəmizin ən tanınmış futbol həkimi Boris Xetaqurovun müsahibəsi ilə tanış edir.
 
Boris Xetaqurov 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1963-2003-cü illərdə "Neftçi" klubunda çalışıb. Bundan başqa, 1992-2005-ci illərdə AFFA-da Tibb Komitəsinin sədri və paralel olaraq, Azərbaycan milli komandasının həkimi işləyib. Əmək fəaliyyətini "Qarabağ" (2004-cü il) və "Xəzər Lənkəran"da (2005-2010-cu illər) davam etdirib. Xetaqurov Azərbaycanın əməkdar həkimi, idman tibbində yüksək kateqoriyalı həkim, "MDB ölkələrinin İdman Həkimləri Birliyi"nin üzvüdür. O, 1985-ci ildə idmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına görə müəlliflik hüququnu alıb. 2008-ci ildə Almaniyada dünyaca məşhur həkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin dərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov O, FİFA və UEFA-nın, eləcə də Almaniya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Slovakiya Futbol Federasiyalarının keçirdiyi tibbi simpoziumlarda, seminarlarda iştirak edib.
 
Futbol matçları zamanı oyunçuların tez-tez arzuolunmaz zədələrlə üzləşməsinin şahidi oluruq. Hətta son vaxtlar yaşıl meydanda ölüm halları da qeydə alınır. Belə mənzərələri gördükdən sonra futbol həkiminin nə qədər vacib olduğu üzə çıxır. Futbol həkimi dedikdə, Azərbaycanda ilk ağıla gələn ad Boris Xetaqurov olur. Azərbaycan futbolunun yüzillik tarixinin yarısına canlı şahid olan Xetaqurov çox tanınmış mütəxəssisdir. O, "Neftçi" klubunda fəaliyyətə başlayıb və düz 40 il burada çalışıb. Sonra müxtəlif səbəblərdən digər yerdə işləyən Xetaqurovun "Neftçi"siz günləri artıq bitib. Təcrübəli futbol həkimi yenidən doğma ocağa qayıdıb və sevimli klubuna xidmət göstərir.
 
- Azərbaycanın ən tanınmış futbol həkiminin bu "sehrli oyun"a necə gəlməsi hər kəs üçün maraqlıdır.
- Mən 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu müvəffəqiyyətlə bitirdim. İnstitutda oxuduğum zamandan idman tibbi ilə maraqlanırdım. Son iki kursda isə vaxtımı idman tibbini öyrənməyə həsr etdim. Rəhmətlik müəllimim, professor Kamal Axundovun rəhbərliyi altında idman tibbi ilə ciddi məşğul olmağa başladım. Tibb institutunu bitirdikdə, mən azad təyinat diplomu aldım. Düzdür, o dövrdə ali məktəbi bitirənlər təyinatla müxtəlif yerlərdə işlə təmin edilirdilər. Ancaq məndə azad təyinatlı diplom idi. Artıq hər kəs mənim idman tibbinə olan marağımı bilirdi. 1965-ci ildə elə oldu ki, "Neftçi"yə həkim lazım oldu. Klub rəhbərliyinə bu sahədə işləyə biləcəyimi söylədim. Bununla da, 1965-ci ilin aprelində mənə doğma olan "Neftçi"də fəaliyyətə başladım.
 
- İlk fəaliyyətə başladığınız vaxt əsas komandada başqa hansı həkimlər çalışırdı?
- Burada bir məqamı qeyd etmək yerinə düşər ki, mən "Neftçi"yə gəldikdə, əsas komandada deyil, əvəzedici heyətdə çalışmağa başladım. Həmin dövrlər "Neftçi"də əsas komanda ilə əvəzedici heyət arasında fərq yox idi. Çünki o vaxt əsas komanda ilə əvəzedicilər oyunlara birlikdə gedirdi. Hər iki komandanın məşqçiləri, həkimləri eyni idi. 1966-cı ilin yanvar ayından etibarən isə mən əsas komandada fəaliyyətə başladım.
 
- Və komandada olduğunuz ilk ildə SSRİ çempionatının bürünc medallarını qazandınız.
- Bəli. Demək olar ki, mənim ayağım düşərli oldu və futbolda işlədiyim ilk ildə medal qazandım. "Neftçi" həmin mövsüm çox güclü idi. Demək olar ki, komandamız Azərbaycan yığması idi. Bütün Sovetlər Birliyində Azərbaycanın idman şərəfini "Neftçi" qoruyurdu. Azərbaycanın ən istedadlı futbolçuları məhz "Neftçi"yə cəlb edilirdi, burada oynamaq üçün can atırdı. "Neftçi" köklü komanda olmasına, tarixinə görə Azərbaycan futbolunun flaqmanı hesab edilir. Düzdür indi bir çox peşəkar futbol klublarımız var, ancaq o dövrdə yalnız "Neftçi" komandası var idi. Ən yaxşı məşqçilər, ən yaxşı futbolçular, ən yaxşı inzibati heyət məhz "Neftçi"də toplaşmışdı. Hətta o zaman SSRİ-də ən yaxşı tibbi-bərpa mərkəzi "Neftçi"də yaradılmışdı. Bunu hər kəs etiraf edirdi. "Dinamo" Kiyev, "Spartak" Moskva kimi aparıcı klublarda belə tibbi mərkəzlər yox idi. Həmin illərdə SSRİ-də bizdən danışırdılar. O zaman bizdə çox gözəl kollektiv formalaşmışdı. Heyətimizdə yüksək səviyyəli futbolçular yer alırdı. O günlərin canlı şahidi kimi onu deyə bilərəm ki, Bakıya gələn bütün rəqiblər ancaq uduzmamaq üçün səfərə çıxırdı. Bakıda keçirdiyimiz ev oyunlarında tribunalar həmişə dolu olurdu, stadionda möhtəşəm atmosfer hökm sürürdü. O illərdən bir çox xoş xatirə qalıb. Bu günə qədər həmin oyunlarımızı, qələbələrimizi xatırlayıram. Məhz 1965-ci ildən sonra mən uzun illər - 2003-cü ilə qədər "Neftçi"də çalışdım.
 
- Siz həm də uzun müddət futbol üzrə milli komandamızın əsas həkimi olmusunuz. Yığmaya gəlişiniz necə alındı?
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təşkil edildikdən sonra rəhbərlik ilk gündən məni yığmada işləməyə dəvət etdi. Həmin vaxtdan etibarən yığmamıza xidmət etməyə başladım. Həmçinin mən AFFA-nın Tibbi Komitəsinin sədri vəzifəsini daşıyırdım. 2005-ci ildə isə uzun müddət yığmada çalışdıqdan sonra məni "Xəzər Lənkəran" klubuna dəvət etdilər. Və mən orada işə başladım.
 
- Bəs sizin məhz tibb sahəsini seçmənizə təsir edən hansısa ailm olubmu?
- Mənim bütün ailəm bu sahəni seçib. Belə ailədə böyüyüb, bu sahəni seçməmək, mümkün deyildi. Mənim atam Bakının ən böyük xəstaxanalarından birində baş həkim kimi çalışırdı. Həyat yoldaşım da həkimdir. Həmçinin bacım da məhz tibb sahəsində çalışır. Hətta mənim yaxın qohumlarımın əksəriyyəti tibb sahəsi ilə bilavasitə bağlı adamlardır. Görürsünüz ki, onların içərisində yalnız mən idman tibbini seçmişəm.
 
- Uzun illərdi futbol sahəsində çalışırsınız. Yəqin ki, arxada qalan illər ərzində karyeranızda hansısa yaddaqalan hadisə baş verib...
- Mən bu sahə seçəndə bilirdim ki, gözlənilməz hadisələrlə qarşılaşa bilərəm. Ancaq bir müddət işlədikdən sonra qarşıma çıxan bütün hadisələr mənim üçün gözlənilən oldu. Ancaq bir hadisəni indiyədək unutmamışam. 1966-cı ildə Daşkənddə yerli "Paxtakor"la oynayırdıq. Onda "Neftçi"nin heyətində Vyaçeslav Şexov adlı qapıçı forma geyirdi. Matçın gedişində Şexov ciddi zədə alaraq, yaşıl meydanda uzanıb qaldı. Mən komandaya yeni gələn gənc həkim kimi qolkiperin zədəsini gördükdə şoka düşdüm - Şexovun kəllə sümüyü sınmışdı. Bu mənim futbolda rastlaşdığım ilk ciddi zədə idi. Sonradan onu xeyli müddət müalicə etməli olduq. Bəlkə də indi futbolda belə bir zədə olsa, daha tez bir vaxta futbolçunu müalicə etmək olar. Ancaq o dövrdə idman tibbi yalnız o qədər inkişaf etmişdi.
 
- "Neftçi"yə ikinci dönüşünüz necə baş tutdu?
- 2010-cu ildə ailə vəziyyətimlə əlaqədar "Xəzər Lənkəran"dan ayrıldım. Düzdür, oradan getdikdən sonra bir çox klubdan təklif almışdım. Təbii ki, mənim üçün ən vacib təklif doğma "Neftçi"dən gəldi. Mən həmin dəqiqə, düşünmədən razılıq verdim. Çünki məni bütün dünyaya futbol həkimi kimi tanıdan məhz "Neftçi" olub. 1965-ci ilə flaqmanda işə başlamışam və bundan sonrakı karyeramı öz klubuma həsr etmək istəyirəm. İstəyirəm ki, "Neftçi"də Avropanın ən müasir reabilitasiya mərkəzlərindən biri fəaliyyət göstərsin. Bunun üçün başda klub prezidenti Sadıq Sadıqov olmaqla, rəhbərlik lazım olan hər şeyi etməyə hazırdır. Mən klub prezidentinə öz gələcək planlarımı danışdım. Klub prezidenti Sadıq Sadıqov mənim bütün fikirlərimə dəstək verdiyini açıqladı və tezliklə işə başlamağımı tövsiyə etdi. Budur artıq doğma "Neftçi"dəyəm. İnanıram ki, yaxın zamanda "Neftçi"də yaradacağımız reabilitasiya mərkəzi haqqında bütün Avropada danışacaqlar. Bunun üçün lazımi təcrübəyə malikəm. Almaniyanın Leverkuzen şəhərində idman həkimlərinin ali kursunu müvəffəqiyyətlə bitirmişəm. FİFA-nın sabiq prezidenti Joao Avelanjın imzası ilə verilən ən yüksək səviyyəli sertifikata malikəm.
 
- Cənab Xetaqurov, hazırda Azərbaycanda idman tibbinin səviyyəsini necə qiymətləndirərdiniz?
- Mən tez-tez xaricə idman tibbi ilə bağlı seminarlara, kurslara və digər tədbirlərə yollanıram. Müasir idman tibbində baş verənlərdən, yeniliklərdən xəbərdar olmaq üçün bu çox vacibdir. Düzdür, biz müstəqilliyimizi qazandığımız ilk illərdə futbolumuzda durğunluq dövrü başladı. Bunun da təbii ki, idman tibbinə böyük təsiri oldu. Sovetlər Birliyində hər şey Moskvadan asılı olduğu üçün biz müstəqillik qazandıqdan sonra çox çətinlik çəkdik. Ancaq nəzərə almaq lazımdır ki, həmin müddətdə xaricdə bu sahə durmadan inkişaf edirdi. Deməli, bizim üçün əsas məqam qısa vaxtda onlara çatmaq idi. Bizdə də idman tibbi sahəsində müəyyən işlər görülürdü. Lakin bu yetərli deyildi. İndi isə artıq elə deyil! Çünki son illər Azərbaycan futbolu ilə paralel olaraq, ölkəmizin idman tibbi də sürətlə inkişaf edir. İndi biz bu sahədə MDB-nin bir çox ölkələrini arxada qoyuruq. Mən düşünürəm ki, futbolda tibbin inkişaf etdirilməsi üçün həkimlərlə yanaşı, komandanın digər tibbi personalı- fizioterapevti, massajçıları da kurslara yollanmalıdır. Gələcəkdə bütün bunları həyata keçirmək əzmindəyik. (Neftçi jurnalı)

Другие новости этого раздела

Туран-Товуз принимает Сумгайыт19 апреляБитвы за топ-319 апреля«Позвонил бы я сейчас Жозе Алесио, и спросил: Поработаешь с этой командой?»18 апреляАутсайдер грозит чемпиону: На матч с Карабахом мы выйдем за победой18 апреляГЛ победил в Евлахе и оторвался от преследователей18 апреляГусар разгромил Динамо18 апреляАлиев – о вызове в «милли»: Я посоветовался с Карабахом и согласился18 апреляСумгайыт не планирует удерживать форварда сборной Эстонии18 апреляШведский спортдиректор Нефтчи ответит на вопросы СМИ18 апреляРоссийское СМИ: Результат работы Мусаева в Сабахе – показатель уровня тренера18 апреляРамиз Мамедов: Какое бы решение в АФФА ни приняли, Шамахы будет бороться за чемпионство18 апреляХазар-Лянкяран ждет действий от АФФА18 апреляСтадион в Товузе сможет принимать еврокубковые матчи18 апреляАФФА штрафует клубы за посторонние лица18 апреляАзербайджан сыграет с тремя сборными на турнире УЕФА18 апреля
19 апреля00:20 Туран-Товуз принимает Сумгайыт00:12 Герой Хазри: В финале Кубка с Нефтчи нет фаворита00:01 Битвы за топ-318 апреля23:03 IJF: В Париже Гейдаров будет сфокусирован только на чемпионстве22:30 Абасов встречается с Гукешом20:32 Муров и Абшерон вышли в финал19:21 Неудачный старт азербайджанских боксеров на ЕВРО19:05 «Позвонил бы я сейчас Жозе Алесио, и спросил: Поработаешь с этой командой?»18:35 Капитан «милли» – об очередном чемпионстве в Венгрии18:13 Аутсайдер грозит чемпиону: На матч с Карабахом мы выйдем за победой18:00 ГЛ победил в Евлахе и оторвался от преследователей17:50 Гусар разгромил Динамо17:34 Алиев – о вызове в «милли»: Я посоветовался с Карабахом и согласился17:24 Азербайджанская гимнастка вышла в финал Кубка мира17:05 Азербайджанский рефери отработает на Паралимпийских играх16:45 Сумгайыт не планирует удерживать форварда сборной Эстонии16:20 Шведский спортдиректор Нефтчи ответит на вопросы СМИ16:06 Российское СМИ: Результат работы Мусаева в Сабахе – показатель уровня тренера15:35 Рамиз Мамедов: Какое бы решение в АФФА ни приняли, Шамахы будет бороться за чемпионство15:10 Сербский тренер: Два года назад мы увидели потенциал сборной Азербайджана14:53 Десять шахматисток Азербайджана выступят на ЕВРО14:32 Хазар-Лянкяран ждет действий от АФФА14:04 Сарыев готов выиграть Кубок для Нефтчи: Если будем играть в Европе, то не так важно, кто главный тренер13:42 Стадион в Товузе сможет принимать еврокубковые матчи13:17 АФФА штрафует клубы за посторонние лица13:02 Азербайджан сыграет с тремя сборными на турнире УЕФА12:40 Соперник Сабаха проиграл первый финал Кубка Европы12:25 Азербайджанский состав на Большой шлем в Казахстане12:04 Муса Гурбанлы покинет Юргорден11:35 В Германии отметили досрочные чемпионства Карабаха и Байера11:05 Видади РЗАЕВ: Нужно показательное наказание, чтобы другим неповадно было10:32 Айшан Абдулазимова вновь стала чемпионкой Венгрии10:12 Турецкий клуб хочет подписать азербайджанского защитника09:02 Мурадлы опережает конкурентов на 1 очко08:54 Гимнаст Азербайджана вышел в финал Кубка мира08:12 Абасов снова проиграл00:16 Еще два азербайджанских бойца подерутся в турецкой организации00:00 Желанные легионеры: Карабах перед непростой задачей17 апреля23:40 Инспектор УЕФА посетил Товуз23:00 Наставник Нефтчи – о выходе в финал Кубка Азербайджана
Архив
eTopaz
AFFA
Sabah