Fotoreportaj|Video|На русском

Güləş

Azərbaycan çempionatında ilk gün 4 çəkidə qaliblər müəyyənləşdi

22 dekabr 2013 00:40
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, çempionatın təntənəli açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkəmizdə idmana, xüsusən güləş idman növünə dövlət qayğısından bəhs edib, dövlət başçısı cənab İlham Əliyevin idmançıların məşq şəraiti ilə yanaşı, ailə-məişət problemlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.  Güləşçilərimizin beynəlxalq arenalardakı nailiyyətlərindən söz açan natiqlər, ədalətli mübarizə şəraitində keçirilən Azərbaycan çempionatının iştirakçılarına uğurlar arzulayıb.
 
Daha sonra baş katib Əjdər Cəfərov AGF rəhbərliyi adından yarışları açıq elan edib. Dövlət himninin səslənməsi ilə açılış mərasiminin rəsmi hissəsi başa çatıb.
 
Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə 55, 60, 66 və 74 kq çəki dərəcələrində 76 pəhləvan çempionluq uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır.
 
55 kq
1. Orxan Əhmədov - Lokomotiv
2. Murad Bazarov - Neftçi İSM
3. Murad Məmmədov - Sumqayıt, Neftçi İSM
3. Eldəniz Əzizli - Neftçi İSM
 
60 kq
1. Taleh Məmmədov - Neftçi İSM
2. Elman Muxtarov - Neftçi İSM
3. Rövşən Tağıyev - Neftçi İSM
3. Elçin Əliyev - Sumqayıt, Neftçi İSM
 
66 kq
1. Həsən Əliyev - Neftçi İSM
2. Azad Əliyev - Neftçi İSM
3. Cavid Əsədov - MOİK
3. Kamran Məmmədov - DİN İC
 
74 kq
1. Rüstəm Əliyev - DİN İC
2. Niyaməddin İbrahimov - Neftçi İSM
3. Hacımurad Bağmanov - Balakən, Neftçi İSM
3. Samran Nəsibov - Gömrük
 
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunurlar.
 
22 dekabrda isə yunan-Roma güləşi üzrə 84, 96 və 120 kq, sərbəst güləş üzrə 55 və 60 kq, dekabrın 23-də isə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində güləşçilər öz aralarında ən güclüləri müəyyənləşdirəcək.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah