AZAL-ın sabiq hücumçusu Moldova klubuna keçdi
10 iyun 2014 11:44
AZAL-ın sabiq hücumçusu George Boqyu Moldovanın “Triaspol” klubuna keçib. Azerisport.az xəbər verir ki, futbolçu birillik müqaviləyə imza atıb.
Xatırladaq ki, Boqyu “təyyarəçilər”in heyətində 2011/2012-ci illər mövsümündə çıxış edib və 27 oyunda beş qol vurub.