Mariya Stadnik ikinci dəfə ana oldu
23 мая 2013 19:07
Azərbaycanın qadın güləşiçisi, London Yay Olimpiya Oyunlarının gümüş (2012), Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Dünya çempionu (2009), üçqat Avropa çempionu (2008, 2009, 2011) Mariya Stadnik ikinci dəfə ana olub. Azerisport.az xəbər verir ki, 2010-cu ildə ilk dəfə ana olan Mariya Stadnikin oğlu olmuşdu.
Bu dəfə Mariya və Andrey Stadnik cütlüyünün qız övladı dünyaya göz açıb. 3,5 kq çəkidə doğulan körpənin vəziyyətinin normal olduğu bildirilir.