İnterin yeni prezidentindən komandaya təbrik
21 декабря 2016 16:10
"İnter"in yeni prezidenti Azər Əliyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri cavab oyunundan sonra komanda üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, o, futbolçu və məşqçi heyətini yarımfinala qazanılan vəsiqə (2:1, 0:0) münasibətilə təbrik edib.
Qeyd edək ki, "Kəpəz" - "İnter" matçı Gəncədə baş tutduğuna görə, yenicə klub prezidenti təyin olunan Azər Əliyev də komandaya dəstək olmaq üçün səfərə yollanıb.