Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Neftçi ilə çempion da bacarmırsa…

10 апреля 2011 00:11
Premyer Liqanın 26-cı turu lider “Neftçi”nin xal itkisi ilə start götürdü. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə daha 2 qarşılaşma baş tutsa da, əsas diqqətlər məhz bu qarşılaşmaya yönəlmişdi.
 
Axı son vaxtlar heç cür uğursuzluq zolağından çıxa bilməyən “İnter”din lider “Neftçi” ilə dueldə nə dərəcədə sürprizə imza atacağı maraqla gözlənilirdi. Hansı ki, bu, “ağ-qaralar”ın əsas izləyiciləri olan “Xəzər Lənkəran” və “Qarabağ” üçün çox vacib əhəmiyyət daşıyırdı. Lakin son turlar aldığı uğurlu nəticələrlə onlardan aralanan, xüsusilə Ağdam klubunu yenməklə fərqi böyüdən Arif Əsədovun yetirmələrinin də meydana məğlubiyyət üçün çıxmayacağı dəqiq idi. Hansı ki, ilk iki dövrədə baş tutan görüşlərdən də birində “bankirlər”ə qalib gələn bu komanda digər görüşdə də heç-heçəyə nail olmuşdu.
 
Son çempion bu görüşə heç də pis başlamadı. Lakin “bankirlər”in ən böyük səhvi erkən qoldan sonra tamamilə müdafiəyə çəkilmək oldu. Nəticədə son dəqiqələrdə vabanka gedən Arif Əsədovun komandası məğlubiyyətdən qaçmağı bacardı. Düzdü, qol yenə penaltidən vurulduğu üçün mübahisələrə səbəb oldu. Hətta cərimələnmək təhlükəsini göz önünə alan Kaxaber Sxadadze baş hakim Əfqan Həmzəyevin bu qərarına etiraz əlaməti olaraq mətbuat konfransına qatılmaqdan da imtina etdi. Lakin şübhəsiz hər şeydən önəmlisi liderin xal fərqini daha da artırmaması və intriqanın azalmaması oldu. Hər halda bu günkü “Qarabağ” – “Xəzər Lənkəran” görüşündə qazanılacaq qələbə onlardan birini liderə yaxınlaşdırmış olacaq.
 
Günün digər qarşılaşmaları ikinci altılıq çərçivəsində baş tutdu ki, onların da arasında Zaqatalada keçirilən “Simurq” – MOİK dueli daha gözlənilməz hesabla bitdi. Çoxları Qyoko Haciyevskinin komandasının ən azı sonuncu pillədə gedən bu rəqibini yenib, özünə gələcəyini düşündüyü bir vaxtda, Zaqatala təmsilçisi bunu da bacarmadı. Əksinə onlar doğma meydanda iki qol buraxdıqları “hərbçilər”lə dueldə sadəcə təsəlli qoluna sevinə bildilər. Bu isə MOİK-in cari mövsümün ikinci qələbəsini rəsmiləşdirməsinə şərait yaratdı.
 
Günün digər qarşılaşmasında isə gözlənilən nəticə qeydə alındı. Hər halda ikinci altılığın lideri olan “Qəbələ” cari mövsümkü əvvəlki oyunlarda yendiyi “Turan”ın bu dəfə də sürprizə imza atmasına imkan vermədi. Qarşılaşma Tovuzda keçirilsə də, iki cavabsız qol Toni Adamsın komandasının liderliyini daha da möhkəmləndirdi. Lakin “Turan” da bu nəticəyə görə çox üzülməyə bilər. Çünki artıq onların əsas izləyicisi olan “Simurq”un bundan sonra möcüzə etməsi qətiyyən inandırıcı deyil. Doğma meydanda MOİK-ə də uduzandan sonra onların hansısa sensasiya şansı varmı?
 
Premyer Liqa
26-cı tur
 
Simurq - MOİK - 1:2 (0:1)
Qollar: Azər Həşimov, 44 (0:1), Tural İsgəndərov, 61 (0:2), Elvin Yunusov, 67 (1:2).
Vərəqə: Rüstəm Məmmədov, 29 – sarı.
Hakimlər: Əliyar Ağayev, Azad Q. Hüseynov, Munis Abdullayev, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Əliyar Ağayev.
Hakim-inspektor: Səfər Haşımiv.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
9 aprel 2011. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 400 tamaşaçı.
Simurq: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 28. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k) (10. Vasif Əliyev, 46), 5. Elvin Yunusov, 6. Mikayıl Rəhimov, 16. Samir Musayev, 9. Əli Bağırov, 24. Fərid Quliyev, 19. Ramin Nəsibov, 23. Camal Məmmədov (8. Qərib İbrahimov, 46).
Ehtiyat oyunçular: 22. Adnan Hodziç, 14. Anar Həsənli, 15. Elvin Musazadə, 25. Tofiq Mikayılov, 2. Səbuhi Həsənov.
Baş məşqçi: Qyoko Haciyevski.
MOİK: 1. Səlahət Ağayev, 2. Emin Cəfərquliyev, 4. Vüqar Əsgərov, 5. Natiq Əkbərov, 6. Emin Mustafayev (3. Ramin Tanrıverdiyev, 67), 7. Nizami Hacıyev, 14. Tural İsgəndərov (10. Orxan Babayev, 60), 16. Elçin Xəlilov (18. Rəfael Qəvami, 80), 17. Azər Həşimov, 23. Tural Nərimanov, 24. Ramil Əliyev (k).
Ehtiyat oyunçular: 22. Tariyel Hüseynov, 8. Ruhid Usubov, 9. Nicat Tağıyev, 13. Comərd Baxşəliyev.
Baş məşqçi: Ramil Əliyev.
 
Turan - Qəbələ - 0:2 (0:0)
Qollar: Saşa Yunisoğlu, 61 (0:1), Deon Barton, 85 (0:2).
Vərəqələr: Rəşid Həsənov, 52 - Abdulkader Kamara, 34, Ramin Quliyev, 59, Murad Hüseynov, 87 – sarı.
Hakimlər: Ceyhun Haşımov, Mehman Mahmudov, Elşən Durmuşov, Rasim Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
9 aprel 2011. Tovuz. Şəhər stadionu. 2000 tamaşaçı.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov, 3. Vurğun Hüseynov (k), 5. Muammer Erdoğdu, 10. Xəyal Qarayev (20. Georgi Beriaşvili, 69), 14. Viktor Qonta, 19. Rəşid Həsənov (11. Azər Məmmədov, 83), 21. Rəşad Orucov, 25. Martin Kerçev, 16. Oleq Qvelesiani, 45. Fərmayıl Əliyev, (8. Akif Tağıyev, 75).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 4. Ruslan Namazov, 26. Boris Kondev, 22. Məhərrəm Müsümzadə.
Baş məşqçi: Naci Şensoy.
Qəbələ: 12. Pavel Dorosev, 6. Lyuba Baranin, 10. Deon Barton, 14. Milan Antiç, 15. Razvan Tarlea, 16. Abdulkader Kamara, 17. Arif İsayev (19. Branimir Subaşiç, 60), 18. Qoqa Beraya (k), (4. Ramin Quliyev, 50), 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sergey Sokolov, 20. Kristian Torres, 24. Tərzin Cahangirov, 25. Nuran Qurbanov.
Baş məşqçi: Toni Adams.
 
İnter - Neftçi - 1:1 (1:0)
Qollar: Robertas Poşkus, 2 (1:0). Flavinyo, 86-pen.
Vərəqələr: Kaxaber Mjavanadze, 17; 85, Georgi Lomaya, 29, Filip Despotovski, 83 – sarı, Kaxaber Mjavanadze, 85 – qırmızı.
Hakimlər: Əfqan Həmzəyev, Elman Musayev, Habil Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
9 aprel 2011. Bakı. “Şəfa” stadionu. 1500 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 12. Filip Despotovksi (4. Danildo Assioli, 87), 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 19. David Odikadze, (21. Arif Daşdəmirov, 67), 32. Robertas Poşkus, 44. Valeri Abramidze, 88. Kaxaber Mjavanadze, 9. Rövşən Əmiraslanov (14. Petar Zlatinov, 82).
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 10. Asif Mirili, 11. Asif Məmmədov, 20. Girts Karlsons.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 1. Rauf Mehdiyev, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 9. Flavinyo, 14. Bahodir Nasimov (11. Cavid Hüseynov, 49), 15. Ruslan Abışov, 16. Alessandro Viano da Silva (19. Mirhüseyn Seyidov, 78), 17. Araz Abdullayev (10. Emil Mpenza, 32), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 4. Yasin Hima, 8. Elmar Baxşıyev, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Arif Əsədov.
 
Hesabat turunun digər 3 qarşılaşması isə bu gün keçiriləcək: Gəncə - Muğan, Qarabağ - Xəzər Lənkəran, AZAL – Bakı.
 
1
Neftçi
26
16
8
2
45-11
56
2
Xəzər Lənkəran
25
14
7
4
29-14
49
3
Qarabağ
25
15
3
7
33-16
48
4
AZAL
25
11
9
5
29-17
42
5
İnter
26
12
6
8
26-21
42
6
Bakı
25
9
8
8
29-23
35
 
1
Qəbələ
26
10
9
7
25-17
39
2
Muğan
25
8
7
10
18-26
31
3
Gəncə
25
5
10
10
24-30
25
4
Turan
26
6
6
14
20-37
24
5
Simurq
26
3
6
17
15-40
15
6
MOİK
26
2
5
19
9-50
11
 
Bombardirlər:
15 - Bahodir Nasimov (Neftçi)
12 - Georgi Adamiya (Qarabağ)
10 - Rauf Əliyev (Qarabağ)

Загрузка...

Другие новости этого раздела

Чемпионский футбол, три минуты Нефтчи и дебютант без дисциплины 21 апреляКекчю не помог уйти своей команде от разгрома21 апреляШейдаев не сумел помочь против Динамо20 апреляМатч Азербайджан – Украина отменен20 апреляРуфат Дадашов и его команда победили20 апреляЭА теряет очки без Назарова20 апреляНадежность Балаева не помогла Тоболу избежать осечки20 апреляБывший игрок сборной Азербайджана продолжит карьеру в России20 апреляСумгайыт отказался от приобретения экс-форварда ЦСКА20 апреляБезотосный пропустит матч с Карабахом20 апреляВ Аргентине отметили Карабах, Ювентус, Баварию и еще пятерых20 апреляДарио Фредерико: Хочу, чтобы Нефтчи стал чемпионом20 апреляМатч Сабах – Нефтчи стал самым посещаемым20 апреляПочему финал Арсенал – Челси выгоден Азербайджану?20 апреляКоманда Исрафилова уступила Малаге20 апреля
21 апреля00:29 Найдич против Свидлера во втором туре Grenke Chess Classic00:25 Девять финалов азербайджанских гимнасток на AGF Junior Trophy00:22 Азербайджанские шахматистки ждут 10-й тур ЕВРО00:19 Чемпионский футбол, три минуты Нефтчи и дебютант без дисциплины 00:10 Кекчю не помог уйти своей команде от разгрома00:01 Восемь медалей борцов Азербайджана в Турции20 апреля23:46 Найдич сыграл вничью с Ароняном, Карслен победно начал в Германии22:51 Победа выводит Туркан Мамедъярову в Топ-13 на ЕВРО21:17 Групповая команда Азербайджана выиграла серебро многоборья на AGF Junior Trophy21:03 Неудачный день азербайджанских каратистов в Премьер-лиге19:44 Шейдаев не сумел помочь против Динамо19:31 Матч Азербайджан – Украина отменен19:23 Арзу Джалилова: Приятно второй год подряд получить приз AGF Trophy19:02 Руфат Дадашов и его команда победили18:43 ЭА теряет очки без Назарова18:18 Надежность Балаева не помогла Тоболу избежать осечки14:52 Сборная Азербайджана назвала состав на Евроигры14:26 Раджабов сыграет с Крамником в «Серии Армагеддона»13:46 Бывший игрок сборной Азербайджана продолжит карьеру в России13:09 Сумгайыт отказался от приобретения экс-форварда ЦСКА12:41 Безотосный пропустит матч с Карабахом12:11 В Аргентине отметили Карабах, Ювентус, Баварию и еще пятерых11:50 Дарио Фредерико: Хочу, чтобы Нефтчи стал чемпионом11:24 Команда Рагимовой начала с поражения11:10 Матч Сабах – Нефтчи стал самым посещаемым10:43 Почему финал Арсенал – Челси выгоден Азербайджану?10:19 Команда Исрафилова уступила Малаге00:21 Дубль за три минуты в пользу Нефтчи, в Габале побеждают хозяева 00:17 Дадашов сыграл, Эшторил победил00:10 Намик Алескеров: Наша цель – побеждать во всех предстоящих матчах00:06 Габала берет верх над Зире 00:00 Эмин МАХМУДОВ: Теперь у Нефтчи нет права на ошибку19 апреля21:50 Рафаэль Агаев поборется за бронзу21:25 Нефтчи обыгрывает Сабах 21:13 Дубль Аскерова принес победу Даугавпилсу21:08 Эльшад Ахмедов: Настоящая причина отстранения Тамкина Халилзаде? Это внутриклубный вопрос21:02 Победы Мамедовой, Абдуллы и Союнлу в восьмом туре ЕВРО20:56 Роберто Бордин: Удаление игрока Сабаха сыграло нам на руку20:23 Нефтчи выиграл и вновь приблизился к Карабаху, Габала добыла победу над Зире20:18 Александр Самедов стал послом бакинского финала ЛЕ
Baku 2020
Neftchi