Фоторепортаж|Видео|Azərbaycanca

Футбол

Bu kluba diqqət: Qəbələ çempionluğa oynayır?

28 ноября 2010 00:09
Premyer Liqanın 15-ci turunun həyəcanını artıq hiss etməyə başlamışıq. Azerisport.az xəbər verir ki, ənənəvi olaraq, hesabat turu şənbə günü keçirilən üç oyunla başladı ki, bunlar arasında da Bakı və Xəzər Lənkəran arasındakı prinsipial qarşılaşma daha çox diqqət mərkəzində idi.
 
Cari mövsümdə Lənkəranda keçirilən ilk oyunda bu komandalar 1:1 hesablı heç-heçəyə üstünlük vermişdilər. Halbuki həmin dövrdə daha yaxşı təsir bağışlayan Lənkəran təmsilçisinin bu rəqibini yenəcəyi bəlkə “zolaqlılar” üçün şübhə doğurmurdu. Lakin həmin dövrdə daha pis təsir bağışlayan Vinfrid Şeferin komandası gözlənilmədən bu rəqibindən xal almaqla, əsl sürprizə imza atmışdı. Özü də həmin görüşdə cavab qolunu azlıqda vurmaları, Bakı`nın həmin 1 xalını daha qiymətli edirdi.
 
Bu dəfəki oyun ərəfəsində isə cənublular əvvəlki qədər əzəmətlu görünmürdü, “zolaqlılar” isə bir qədər özünə gəlmiş təsiri bağışlayırdı. Hər halda son üç turda qalib gələrək turnir cədvəlinin 5-ci pilləsinədək yüksəlmiş Bakı`nı rəqibindən 9, liderdən 10 xal ayırırdı. Lənkəran təmsilçisi isə ötən 14 tur ərzində qapısından cəmi 6 qol buraxmaqla ən etibarlı müdafiəyə malik olmasıyla öyünürdü.
 
Ancaq son illər Bakı ilə oyunlarda qələbə üzünə həsrət qalan Xəzər Lənkəran bu komandaya yenə qol buraxmamaq vəzifəsinin öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, qonaqlar erkən qolla hesabı açanda, bu dəfə nəhayət sindroma son qoyacaqlarına inam yaratmışdı. Ancaq sonda yenə cavab qolunu vurmağı bacaran meydan sahibləri “ağ-yaşıllar” üçün həqiqəqətən arzuolunmaz rəqibə çevrildiklərini isbatlamış oldular.
 
İlk oyun gününün daha tez start götürən qarşılaşmalarında isə Gəncə və Qəbələ autsayderləri – müvafiq olaraq MOİK və Simurq`u qəbul edirdilər. Rəqibləri ilə müqayisədə “ilk altılığa” düşməyi hədəfləyən Gəncə və Qəbələ təmsilçilərinin növbəti qələbələrini rəsmiləşdirmək şansı kifayət qədər yüksək idi və belə də oldu.
 
Baxmayaraq ki, Fuad İsmayılovun yetirmələri ilk dövrədə MOİK-i səfər oyununda 5 cavabsız qolla məğlub etməsinə rəğmən, bu dəfə az qala xal itirəcəyi haqda təsəvvürlər yaranan vaxt matçı xilas edə bildilər. Hər halda doğma azarkeşlərinin gözü qarşısında Xəzər Lənkəran kimi çempionluğa oynayan komandaya qalib gələn qərb təmsilçisinin həmin arenada autsayderi çətinliklə məğlub etməsi Gəncə`nin getdikcə əzəmətini itirməsi təəssüratını oyadır.
 
Son 8 oyunda məğlub olmayan Qəbələ isə özündən söz etdirməkdə davam edir. Toni Adamsın komandası artıq 9-a çatdırdığı məğlubiyyətsiz oyunlardan 8-də qapısının toxunulmazlığını da qoruyub saxlaya bilib.
 
Bütövlükdə isə Qəbələ artıq çempionatımızın 4 ən az (7) qol buraxan komandasından biridir. Çoxları bu komandanın heç ilk “altılığ”a düşə bilməyəcəyini düşünsə də, əksinə son proseslər bunun tam əksini göstərir. Deyəsən bu gedişlə Adamsın komandası da çempionluq uğrunda, ən azı avrokuboklara vəsiqə uğrunda əsas iştirakçılardan birinə çevriləcək. Hər halda gizli favorit təsiri bağışlayan bölgə təmsilçisi əsas rəqiblərinin xal itkilərindən maksimum yararlana bilsə, çox şeyə nail ola bilər.
 
Azərbaycan Premyer Liqası
15-ci tur
 
Qəbələ - Simurq - 4:0 (1:0)
 
27 noyabr 2010. Saat 14:00. Qəbələ şəhər stadionu. 1500 tamaşaçı.
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Azad Ə. Hüseynov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əmir Zamanov.
Sarı vərəqələr: Yaşar Abuzərov, 35 - Elnur Yusifov, 29; Ramil Sayadov, 60; Rüstəm Məmmədov, 74.
Qollar: Deon Barton, 30-pen; 61-pen. Kristian Torres, 55, Arif İsayev, 90.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
Qəbələ: 12. Pavels Dorosevs, 3. Nodar Məmmədov (15. Razvan Tarlea, 88), 6. Lyuba Baranin (k), 7. Yaşar Abuzərov (40. Fərid Haqverdiyev, 84), 9. Bruno dos Anjos (17. Arif İsayev, 76), 10. Deon Barton, 14. Milan Antiç, 16. Abdulkader Kamara, 20. Kristian Torres, 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 5. Sergey Sokolov, 26. Namiq Əliyev.
Baş məşqçi: Toni Adams.
Simurq: 22. Adnan Hodziç, 14. Anar Həsənli, 18. Elnur Yusifov (28. İlkin Qırtımov, 46), 17. Rüstəm Məmmədov, 5. Elvin Yunusov, 27. Ramil Sayadov, 7. Samir Əliyev (k), 8. Qərib İbrahimov, 11. Yasin Abbasov, 23. Elçin Xəlilov, 15. Elvin Musazadə (9. Əli Bağırov, 80).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 10. Vasif Əliyev, 19. Azər Səfərli, 2. Elşən Əliyev, 16. Nəsib Əliyev.
Baş məşqçi: Qyoko Haciyevski.
 
Gəncə - MOİK - 1:0 (0:0)
 
27 noyabr 2010. Saat 14:00. Gəncə şəhər stadionu. 1500 tamaşaçı.
Hakimlər: Elvin Əsgərov, Samir Hacıyev, Mübariz Haşımov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Rüfət Hüseynov.
Sarı vərəqələr: Ramal Hüseynov, 89 - Fərid Həşimzadə, 55.
Qırmızı vərəqə: Nuran Qurbanov, 30.
Qol: Junivan Suares, 86.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
Gəncə: 1. Еdis Kurtanoviç, 2. Xəyal Mustafayev, 14. Rafael Əmirbəyov (13. Zura Dzamsaşvili, 38), 4. Azər Məmmədov (k), 5. Mətləb Məmmədov, 25. Armand Feutchine (8. Georgi Seturidze, 90), 7. Ramal Hüseynov, 15. Şahin Kərimov, 11. Sabir Allahquliyev (6. Samir Zərgərov, 62), 9. Ceyhun Sultanov, 23. Junivan Suares.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 18. İbrahim Hüseynov, 3. Vasif Haqverdiyev, 24. Levan Mdvinişvili.
Baş məşqçi: Fuad İsmayılov.
MOİK: 12. Davud Kərimi, 5. Ceyhun Adışirinov (2. Rəşad Hacızadə, 66), 6. Emin Mustafayev, 7. Cavidan Ağayev, 13. Fərid Həşimzadə (k), 15. Elçin Həşimov, 16. Rəfael Qəvami (11. Zaur Məmmədov, 64), 19. Nuran Qurbanov, 17. Orxan Babayev, 24. Ramil Əliyev, 26. Ruslan Hüseynov (3. Şamil Səlimxanov, 84).
Ehtiyat oyunçular: 22. Taryel Hüseynov, 8. Fərid Mürsəlov, 23. Məhəmməd Bağırzadə, 25. Namiq Adilov.
Baş məşqçi: Ramil Əliyev.
 
Bakı - Xəzər Lənkəran - 1:1 (0:1)
 
27 noyabr 2010. Saat 16:10. T.Bəhramov adına Respublika stadionu. 2000 tamaşaçı.
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Roman Vasilyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Sarı vərəqələr: Ernad Skuliç, 58 - Rahid Əmirquliyev, 40; Stelian Stanku, 56.
Qollar: Emin Cəfərquliyev, 56 - Uinston Parks, 17.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
Bakı: 1. Marko Şarliya, 5. Stefan Borbikoni, 8. Ernad Skuliç, 11. Adnan Barakat (10. Joel Epalle, 46), 15. Cəmşid Məhərrəmov (k), 20. Fabio Luis Ramim, 21. Emin Cəfərquliyev (9. Vaqif Cavadov, 73), 30. İbrahim Karqbo, 77. Aleksandar Soliç, 85. Jaba, 99. Leonardo Roşa (4. Vadim Borets, 73).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 6. Dare Nibombe, 7. Mahmud Qurbanov, 32. Aleksey Savinov.
Baş məşqçi: Vinfrid Şefer
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Adrian İordaçe, 7. Ruslan Poladov, 12. Allan Lalin (28. Kristian Kabral, 66), 14. Rahid Əmirquliyev, 18. Alim Qurbanov (k) (11. Asif Məmmədov, 63), 21. Radomir Todorov, 36. Uinston Parks, 77. Stelian Stanku (17. Ramazan Abbasov, 89).
Ehtiyat oyunçular: 31. Deniss Romanovs, 8. Konstantin Arbanas, 20. Amid Hüseynov, 22. David İmedaşvili.
Baş məşqçi: Mirça Rednik.
 
15-ci turun qalan oyunları noyabrın 28-də keçiriləcək:
 
13:00. MUĞAN – İNTER
14:00. TURAN – AZAL
15:00. QARABAĞ – NEFTÇİ
 
1 XL 15 9 4 2 17 - 7 31
2 Neftçi 14 9 4 1 29 - 7 31
3 AZAL 14 8 4 2 20 - 7 28
4 İnter 14 8 3 3 13 - 9 27
5 Qəbələ 15 6 5 4 13 - 7 23
6 Bakı 15 6 4 5 22 - 17 22
7 Qarabağ 14 6 3 5 15 - 11 21
8 Gəncə 15 4 7 4 20 - 20 19
9 Turan 14 2 5 7 11 - 21 11
10 Muğan 14 2 5 7 6 - 16 11
11 Simurq 15 1 4 10 9 - 25 7
12 MOİK 15 1 2 12 5 - 33 5
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 14, Qvidas Yuşka (AZAL), Junivan Suares (Gəncə) – 7...

Другие новости этого раздела

Камран Агаев не сыграет в матче с Косово18 ноябряМергим Войвода: С Азербайджаном нас устраивает и ничья, но мы будем играть на победу18 ноябряМирабдулла АББАСОВ: У сборной Азербайджана достаточно сил, чтобы обыграть Косово на выезде18 ноябряАзербайджан с Люксембургом и Арменией отстают от четырех лидеров18 ноябряЗащитник Литвы не спас команду от трех голов18 ноябряПолузащитник Габалы посмотрел на разгром своей сборной18 ноябряСалахат Агаев: Надеюсь, к матчу с Косово Камран будет готов18 ноябряАраз АБДУЛЛАЕВ: Надо собраться и одержать победу в Приштине18 ноябряИграйте так почаще18 ноябряРичард Алмейда: Предстоящая игра с Косово – это финал18 ноябряНаставник сборной Азербайджана: Матч с Лихтенштейном станет для нас сродни финалу18 ноябряМаксим МЕДВЕДЕВ: При счете 2:0 мы не стали рисковать18 ноябряГурбан Гурбанов: Уже сказал ребятам, что мы отправимся в Косово за победой17 ноябряЛарс Ольсен: Азербайджан был лучше Фарер17 ноябряАзербайджан vs Фареры. Статистика матча17 ноября
18 ноября14:25 Камран Агаев не сыграет в матче с Косово14:01 Самедова набрала 15 очков, Ленинградка одержала первую победу13:33 Азербайджанский борец снова вышел в финал российского турнира13:19 Групповая команда Азербайджана выиграла золото в Израиле13:02 Мергим Войвода: С Азербайджаном нас устраивает и ничья, но мы будем играть на победу12:49 LIVE: Азербайджанские акробаты выиграли серебро Кубка мира12:37 Семинар для дзюдоистов и их тренеров12:22 Азербайджан стал третьим на ЧМ12:00 Мирабдулла АББАСОВ: У сборной Азербайджана достаточно сил, чтобы обыграть Косово на выезде11:32 Азербайджан с Люксембургом и Арменией отстают от четырех лидеров11:14 Защитник Литвы не спас команду от трех голов11:05 Полузащитник Габалы посмотрел на разгром своей сборной10:43 Пятый финал Азербайджана на молодежном ЧМ10:34 Салахат Агаев: Надеюсь, к матчу с Косово Камран будет готов10:16 Араз АБДУЛЛАЕВ: Надо собраться и одержать победу в Приштине00:32 Волевая победа Азербайджана над Грузией 00:27 Играйте так почаще00:21 Ричард Алмейда: Предстоящая игра с Косово – это финал00:16 Наставник сборной Азербайджана: Матч с Лихтенштейном станет для нас сродни финалу00:09 Азербайджан обыгрывает Фареры 00:01 Максим МЕДВЕДЕВ: При счете 2:0 мы не стали рисковать17 ноября23:34 Гурбан Гурбанов: Уже сказал ребятам, что мы отправимся в Косово за победой23:19 Ларс Ольсен: Азербайджан был лучше Фарер23:05 Азербайджан vs Фареры. Статистика матча23:05 Азербайджанские акробаты вышли в финал домашнего Кубка мира22:52 Азербайджан обыграл Фареры, добыв первую домашнюю победу в Лиге наций22:28 Зульфия Гусейнова неудачно дебютировала в пара-дзюдо, Закиев стал третьим на ЧМ21:05 Рагимзаде завоевал серебро молодежного ЧМ, Зубайров вышел в финал20:57 Азербайджанский батутист стал одиннадцатым в Санкт-Петербурге19:28 Сабах учинил разгром над МОИК19:05 Азербайджан берет верх над Грузией 18:54 Российские акробаты удостоились приза AGF Trophy18:51 Азербайджан обыграл Грузию в отборе на ЕВРО18:15 «Таким путем Шейдаеву дотянуться до Дзюбы очень сложно»14:48 Магомед Мирзабеков: Еще не время говорить о чемпионстве14:21 Кешля сыграет с клубом первого дивизиона14:03 Шахин ДИНИЕВ: Как бы смешно ни выглядело, но это нормальная команда13:39 Дени Гайсумов: Для нас каждая игра определяющая и решающая13:07 Бернар Шалланд: Будет непросто сохранить первое место12:51 Азербайджан узнал соперников по олимпийской квалификации
Baku 2020
Qarabağ FK
azerisport reklam yeri
Neftchi