Gənclər və idman naziri Qubada vətəndaşları qəbul edəcək
25 avqust 2016 12:00
Gənclər və idman naziri Azad Rəhimov avqustun 26-da Quba rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH-nin yaxınlığı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar. (AGİN mətbuat xidməti)