Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edəcək
11 iyul 2016 12:40
Gənclər və idman naziri Azad Rəhimov iyulun 18-də Göygöl rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Gəncə, Naftalan, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Şəmkir, Tovuz rayon və şəhər sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:30-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri Heydər Əliyev parkı) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.