Fotoreportaj|Video|На русском

Xronika

Azad Rəhimov yenilənmiş İdman Akademiyasında

23 iyun 2016 14:00

Bu gün gənclər və idman naziri Azad Rəhimov aparılan yenidənqurma işləri və islahatlardan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olub. Azerisport.az xəbər verir ki, o, aparılan işlərlə bağlı fikirlərini də açıqlayıb:

“Sözün əsl mənasında qısa müddət ərzində akademiyada çox böyük işlər görülüb.  Burada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün “Online University” sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır.

Beynəlxalq təcrübənin öyrənmək üçün Akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya  və Bolqarıstana səfər etmişlər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir. İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq".

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatyönümlü dövlət təhsil siyasətinin əsas məqsədi ölkənin malik olduğu təbii sərvətlərin insan kapitalına çevrilməsidir.

Bu baxımdan əsası 1930-cu ildə qoyulmuş və bu günə kimi Azərbaycanda idmanın inkişafında böyük rol oynayan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 80 il ərzində 17 mindən çox idman mütəxəssisi, məşqçi-müəllim, hakim və bədən tərbiyəsi hərəkatı təşkilatçısı hazırlamış və bu sahədə böyük elmi-pedaqoji mərkəzə çevrilmişdir. Son 10 il ərzində Akademiyanın məzunları olmuş idmançılarımız beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında 800-dən çox medal, o cümlədən 300-dən çox qızıl medal qazanmışdırlar. Bu gün Azərbaycan idmana qayğı göstərən və idmançılarının uğurları ilə fəxr edən, dinamik inkişaf edən və idman dövləti kimi şöhrət qazanan bir ölkədir. Ölkəmizdə, xüsusən də Bakıda keçirilən müxtəlif idman tədbirləri – Baku 2015 ilk Avropa Oyunları, Formula-1 Avropa Qran-Pri yarışları, İslam Oyunları və s. – bizim tarixi və mədəni irsimizi bütün dünyaya göstərir, Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Ölkəmizin beynəlxalq idman aləmində günü-gündən artan nüfuzu Akademiyanın uğurlu fəaliyyətinə və yeni nailiyyətlərə olan tələbatı daha da artırır.

Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası qarşısında qoyulan böyük vəzifələrdən və təhsil islahatlarının dünya standartlarına uyğunlaşdırılması zərurətindən irəli gələrək hal–hazırda Akademiyada yenidənqurma və təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq işlər aparılır. Hədəfimiz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını idman və sağlam həyat tərzinin təbliğində aparıcı rol oynayan, ən müasir tələblərə cavab verən, elmi və praktiki təcrübə əsasında idman təhsilini təmin edən və beynəlxalq səviyyədə özünə xüsusi yer tutan təhsil müəssisəsinə çevirməkdir. Tələbələrimizi daha keyfiyyətli, beynəlxalq standartlara cavab verən təhsillə təmin etmək və eyni zamanda yerli və xarici əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədi ilə Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidənqurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, İKT-nin tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və ona müvafiq kafedraların yaradılması nəzərdə tutulmuşdur. Bütün sadalananlar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi,  Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin böyük dəstəyi ilə həyata keçirilir.

2015/2016-cı ilin artıq yaz semestrində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Akademiyanın əməkdaşları Rusiya, Belarus, Türkiyə, Sloveniya, Bolqarıstan və Almaniyaya səfər etmiş, idman təhsili sahəsində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələri ilə iş əlaqələrini qurmuşlar. Geniş təhlil və müzakirələrdən sonra Akademiyada daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilmişdir.

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə müəllim və tələbə arasında əlaqələri asanlaşdırmaq və daha effektiv etmək üçün tədris prosesində “Online University” sistemi adaptasiya edilmişdir. Bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir. “Online University” sistemi beynəlxalq SCORM standartını tam dəstəkləyir və tələbələrə dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.

Proqramın yeniliyini nəzərə alaraq, 17 – 23 may 2016-cı il tarixlərdə Akademiyanın bütün tələbələri üçün ilk dəfə online sınaq test imtahanları keçirilmiş, proqramdan istifadə qaydaları izah edilmişdir. Bu proqram imtahanların online rejimində keçirilməsinə imkan yaradır (artıq 2016-cı ilin yaz sessiyasında tətbiq edilmişdir) və tədris prosesinin bütün tərəfləri – müəllim, tələbə və inzibati heyət – arasında daimi əlaqənin olmasını təmin edir.  Bunun nəticəsində tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq mümkün olmuşdur. 

Şəffaflığın təmin edilməsi üçün Akademiyada ilk dəfə test imtahanları tətbiq edilmişdir. Bu məqsədlə 90-nəfərlik xüsusi imtahan auditoriyası hazırlanmış, müvafiq avadanlıqla təmin olunmuşdur. 

Şəffaflığın təmin edilməsi ilə yanaşı tələbələrin müvafiq dərsliklər və informasiya resursları ilə təmin olunması istiqamətində də işlər aparılmışdır. Belə ki, müasir standartlara cavab verən yeni metodik vəsaitlər hazırlanmış, müvafiq dərs vəsaitlərinin alınması və  xarici dillərdən Azərbaycan dilinə tərcüməsinə başlanmışdır. Tədris prosesinin keyfiyyətini artırmaq məqsədilə rəqəmsal resurslardan istifadə üçün də geniş imkanlar yaradılmışdır: Amerikanın Follet Destiny Elektronlaşdırma Sistemi əsasında fəaliyyət göstərən tam funksional elektron kitabxana istifadəyə verilmiş, Akademiyanın elmi potensialının artırılması üçün zəmin yaratmışdır.

Akademiyanın pedaqoji və elmi potensialının artırılması məqsədilə professor-müəllim heyəti Türkiyə, Almaniya, Rusiya, Belarus, Bolqarıstan, Böyük Britaniya və digər ölkələrin aparıcı idman universitetlərində ixtisasartırma kurslarına (idman psixologiyası, gimnastika, futbol, atletika və s.) ezam olunmuşdur. Bu günə kimi 5 nəfər ixtisasartırma kurslarını bitirmiş, 15 nəfərin namizədliyi xarici universitetlərə təqdim olunmuşdur.
Tələbə və müəllim heyətinin beynəlxalq proqramlarda iştirakı üçün tədris prosesinin Boloniya tələblərinə uyğunlaşması və optimallaşması istiqamətində işlər aparılır, Akademiyanın Erasmus + və Mevlana beynəlxalq mübadilə proqramlarına qoşulması üçün danışıqlar gedir.

Təhsilin keyfiyyətinin artırılması və məzunların beynəlxalq əmək bazarında rəqabətə dözümlü mütəxəssislərin olması məqsədilə Akademiyada British Council-nan birgə 2 qrup müəllim və 2 qrup tələbə üçün ingilis dili dərslərinə başlanılmışdılr. Eyni zamanda, öz dil biliklərini artırmaq istəyənlər üçün pulsuz danışıq klubu (conversation club) təşkil edilmişdir. 

Təmir və yenidənqurma işləri ümumi sahəsi 3000 kv.m.-dən artıq olan sahədə aparılmışdır. Bura elektron kitabxana və kitab fondu (450 kv.m.), inzibati otaqlar (700 kv.m.), kafedralar (450 kv.m.), tələbə mərkəzi (300 kv.m.), müasir kafe (70 kv.m.), tədris auditoriyaları (650 kv.m.) və s. daxildirlər.

Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, ventilasiya və soyutma sistemləri, su təminatı, kanalizasiya, elektrik sistemi, internet xəttləri və s.) çəkilmiş, 33 adda 545 ədəd yeni mebel və 160 ədəd kompyuter GİN tərəfdən Akademiyaya verilmiş, 650 ədəd tədris partaları və stulları, 50 ədəd kitab stellajı və 186 ədəd müvafiq mebel alınmışdır.  Müvafiq auditoriyalarda 8 proyektor, o cümlədən prezentasiyaların təqdimatı və interaktiv tədris metodlarının tətbiqi üçün 18 TV-monitor qoyulmuşdur. -1, 1 və 2-ci mərtəbələrdə təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.

Akademiya binasına əsas girişin və foyenin yeni dizaynı işlənmiş, fasad yeni mərmər ilə üzlənmişdir. Foyedə dünyada qabaqçıl texnologiyaları ilə tanınan “Barrisol” işıq və müvafiq səs sistemlərindən istifadə edilmişdir. 

Akademiyanın foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə büst qoyulmuş, Milli Qəhrəmanların şərəfinə və idmançı şəhidlərin xatirəsinə müvafiq stendlər yaradılmışdır. 1-ci mərtəbənin əsaslı təmirindən sonra burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adına İnteraktiv Muzey, tam funksional müasir elektron kitabxana, sakitçilik və şəffaflıq tələblərinə uyğun yeni oxu zalları, müasir və gənclərin gözünə oxşayan Tələbə Mərkəzi, geniş və işıqlı görüş və təlim otaqları müəllim və tələbələrin istifadəsinə verilmişdir.

Müasir dizayn və funksionallığı ilə seçilən konfrans zalı yaradılmışdır. Konfrans zalında Elmi Şuranın iclasları, konfrans və görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Mövcud qazanxana yenidən qurulmuş, müvafiq avadanlıqlar quraşdırılmış, -1, 1 və 2-ci mərtəbə, akt və gimnastika zallarına yeni istilik sistemləri çəkilmiş, yeni mini-ATS və elektrik qovşağı qoyulmuşdur.

Eyni zamanda, tibb məntəqəsi təmir edilmiş və müvafiq avadanlıqla tam təmin olunmuşdur, tələbə yeməkxanasında şərait yaxşılaşdırılmış və şöhrətli “Cinnabon” kafesinin fialı Akademiyada açılmışdır, həmçinin tirin (10, 25 и 50 m) divarları təhlükəsizlik tələblərinə cavab verən ağac materialları ilə üzlənmişdir. 

Yenidənqurma işləri çərçivəsində Akademiya tarixində ilk dəfə yanğın təhlükəsizliyi sistemi və bütün ərazidə videoçəkiliş tətbiq edilmişdir. Ümumi sahəsi 360 kv.m. olan bütün sanitar qovşaqlar, duş kabinaları və dəyişmə otaqları yenidən qurulmuş və bu istiqamətdə işlər davam etdirilir.

Akademiyanın ərazisində landşaft dizaynı və abadlaşdırma işlərinə başlanılmışdır.
Tədrisdə informasiya-kommunikasiya texnologiyaları və internetdən geniş istifadəni təmin etmək üçün 2016-cı ilin yanvar ayından Akademiyada mövcud tədris bazanın əsaslı təmirinə başlanmışdır. Bu məqsədlə aşağıdakı işlər görülmüşdür:

- Müəllim və tələbələr üçün yüksəksürətli internetdən istifadə imkanını yaradan fiber-optik kabel çəkilmişdir; 
- Yaradılan elektron və rəqəmsal tədris materialları və metodik resursların təhlükəsiz istifadəsi üçün, həmçinin Akademiyanın idarəolunmasında tələb olunan bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınmışdır;
- Virtual təhsil mühitinin yaradılması üçün müxtəlif işlər aparılmışdır;
- Təhsildə və təhsilin idarəolunmasında məlumat mübadiləsinin sürətini və effektivliyini artırmaq məqsədilə Microsoft Azerbaijan ilə birgə Akademiyanın müəllim, tələbə və inzibati işçiləri üçün rəsmi elektron ünvanları yaradılır.

Təmirin ilkin mərhələsi yeni tədris ilinin əvvəlinə kimi başa çatacaqdır. 

- Akademiyanın müəllim və tələbə heyətinin elmi potensialının artırılması və innovativ fəaliyyətinin stimullaşdırılması məqsədi ilə müasir təhsilin tələblərinə cavab verən elm – tədris laboratoriyasının yaradılması və onun müasir avadanlıqla təmin olunması üzrə danışıqlar aparılır. Laboratoriya həm yüksək keyfiyyətli tədrisin qurulması, həm də bədən tərbiyəsi və idman sahəsində elmi tədqiqatların aparılması üçün şərait yaradacaqdır;

- Müasir tədris proqramların hazırlanması və yeni ixtisaslar üzrə keyfiyyətli tədrisin təmin edilməsi məqsədi ilə aparıcı xarici universitetlər ilə iş əlaqələrinin qurulması davam etdirilir. Artıq Köln Alman İdman Universtitetinin (KAİU) vitse-presidenti, İdman İqtisadiyyatı və İdman Menecmenti İnstitutunun direktoru Prof. Dr. Kristof Bruerin Azərbaycana səfəri təşkil edilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Köln Alman İdman Universiteti arasında əməkdaşlıq qurmaq, o cümlədən Köln Alman İdman Universiteti və Lyublyana Universitetinin müəllim-professor heyətinin Akademiyadakı tədris prosesinə cəlb etmək və elmi-tədris laboratoriyalarını yaratmaq perspektivləri müzakirə edilmişdir.

- Bədən tərbiyəsi və idman sahəsində ixtisasartırma kursları və müxtəlif sertifikat proqramlarının keçirilməsi məqsədi ilə Executive Education Center (Tədris-Təlim Mərkəzi)-nin yaradılması nəzərdə tutulub;

- İdman zalları, üzgüçülük hovuzu və tədris kafedrasının əsaslı təmiri, həmçinin onların müvafiq mebel və avadanlıqla təmin olunması məqsədi ilə müvafiq federasiyalar ilə müzakirələr aparılır;

- Gələcəkdə Akademiyanın 3 və 4-cü mərtəbələrinin əsaslı təmiri, o cümlədən kommunikasiyaların çəkilməsi, istilik sisteminin yaradılması və müvafiq mebel və avadanlığın alınması nəzərdə tutulmuşdur.

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah