Azad Rəhimov Sumqayıtda vətəndaşları qəbul edəcək
21 iyun 2016 15:00
Gənclər və idman naziri Azad Rəhimov iyunun 24-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda, Abşeron, Qobustan, Sumqayıt, Şamaxı, Xızı, rayon və şəhər sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Sumqayıt Tarix Muzeyində (Sumqayıt şəhəri, Heydər Əliyev prospekti,4-cü mikraroyon ) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.