Uduzan olmayacaq?

McDonald’s ilə bu mümkündür! 2016-cı ilin Fransada keçiriləcək futbol üzrə Avropa Çempionatının rəsmi sponsorlarından biri McDonald’s Şirkətidir. Bununla əlaqədar McDonald’s Azərbaycan iyunun 1-dən etibarən yeni uduşlu kampaniyaya start verir.
Yeni “Gəl, Qalib Gəl!” adlı stimullaşdırıcı lotereyanın çərçivəsində McDonald’s restoranlar şəbəkəsindən böyük Big Mac menyusunu alan müştəri uduşlu kupon əldə edir. Kuponun üzərlərindəki boyanı pozub, müxtəlif prizləri, o cümlədən, AÇ-2016-ya biletlər qazanılır. Kompaniyanın ən dəyərli uduşu 2 ədəd Great Wall M4 markalı avtomobildir. Ən əsası isə bu kampaniyada uduzan olmayacaq, bütün kuponlar uduşludur!
Uduş Fonduna aşağıdakı prizlər daxildir:
* Futbol üzrə 2016-cı ilin Avropa Çempionatının final oyununa 5 ədəd bilet (AZAL tərəfindən təqdim olunmuş Bakı - Paris - Bakı aviabileti daxildir).
* Futbol üzrə 2016-cı ilin Avropa Çempionatının yarımfinal oyununa 10 ədəd bilet (AZAL tərəfindən təqdim olunmuş Bakı - Paris - Bakı aviabileti daxildir).
* GoSport idman malları mağazasından 500 ədəd 20 AZN dəyərində hədiyyə kuponu (Kupon 1 alış-veriş üçün yararlıdır, nağdləşdirilə və ya başqa promo aksiya ilə birləşdirilə bilməz).
* 1000 ədəd Azercell-dən Gənc Ol 5 paketinə bir aylıq pulsuz abunəlik (30 gündən sonra paket odənişli olacaq – cəmi 5 AZN). Ətraflı: www.gencol.az.
* 5000 ədəd xüsusi brendləşdirilmiş Coca-Cola stəkanı. * Külli miqdarda kiçik Coca-Cola, Fanta və Sprite içkiləri, kiçik Frenç Frayz və Konus Dondurmaları.
Qeyd etmək lazımdır ki, “Gəl, Qalib Gəl!” kampaniyasının çərçivəsində qazanılan uduşlar pul ekvivalenti ilə əvəz oluna bilməz. McDonald’s Azərbaycan bütün futbol həvəskarlarına uğurlar arzulayır və “McDonald’s-da görüşənədək!” deyir.