Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək
16 may 2016 18:15
Gənclər və idman naziri Azad Rəhimov mayın 20-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Azerisport.az xəbər verir ki, qəbulda Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı rayon və şəhər sakinləri iştirak edəcəklər.
Qəbul Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbəüz) saat 11:00-da başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.