Güləşçilərimiz Dağıstandan 1 qızıl və 2 bürünc medalla qayıdır
24 oktyabr 2016 10:00
Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.
74 kq çəki dərəcəsində mübarizə aparan Rio Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.
Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.