Hərbçilərin güləş üzrə Dünya çempionatı üçün millimizin heyəti
21-24 sentyabr 2016-cı il tarixdə Makedoniyanın Skopye şəhərində hərbçilərin güləş üzrə 31-ci dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatda ölkəmizin sərbəst və yunan-Roma güləşi komandalarının üzvləri iştirak edəcək.
Sərbəst güləş yarışlarında ölkəmizi məşqçi Nazim Əlicanovun başçılığı altında Ruslan Qasımov (57 kq), Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Əşrəf Əliyev (74 kq), Turqay Məmmədov (84 kq) və Roman Bəkirov (97 kq) təmsil edəcək.
Yunan-Roma güləşi üzrə pəhləvanlarımız məşqçi Taleh İsrafilovun rəhbərliyi altında yarışacaq. Heyətdə Murad Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Həsən Əliyev (71 kq), Sənan Əlimirzəyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Orxan Ələkbərov (98 kq) yer alıb.
Hakimlər briqadasında beynəlxalq dərəcəli hakim Elman İsmayılov ölkəmizi təmsil edəcək.
Proqram
21 sentyabr
Sərbəst güləş – 57, 61, 65 və 70 kq
22 sentyabr
Sərbəst güləş – 74, 86, 97 və 120 kq
23 sentyabr
Yunan-Roma güləşi – 59, 66, 71 və 75 kq
24 sentyabr
Yunan-Roma güləşi – 80, 85, 98 və 130 kq