Yığmamızın baş məşqçisi istefaya göndərildi
19 sentyabr 2016 16:20
Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Cəmşid Xeyrabadi istefaya göndərilib. Azerisport.az xəbər verir ki, onun bu istefası gözlənilən idi.
Çünki yığmamız Rio-2016-da cəmi 2 bürünc medal əldə edə bilmişdi ki, bu da qənaətbəxş nəticə hesab olunmurdu.
Qeyd edək ki, Xeyrabadini millimizdə gənclərdən ibarət komandamızın baş məşqçisi Şaban Donat əvəz edəcək.