650 atlet gücünü sınadı
12 mart 2015 11:45
“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın Azərbaycan ərazisindəki filialları arasında keçirilən builik ilk yarışlar başa çatıb. Azerisport.az xəbər verir ki, 16-23 fevral tarixləri arasında Neftçala (85), Lənkəran (290), Samux (135) və Xırdalanda (135) keçirilən turnirlərdə ümumilikdə 650-yə yaxın ağır atlet gücünü sınayıb.