Kayakçı və kanoeçilərimiz AÇ-də mübarizəyə başlayır
14 iyul 2016 10:30
Bu gün Bolqarıstanın Plovdiv şəhərində yeniyeymələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında Avropa çempionatına start veriləcək. Azerisport.az xəbər verir ki, dörd gün davam edəcək reqatada Azərbaycanı 23 yaşadək idmançıların mübarizəsində yığmanın 3 üzvü təmsil edəcək.
Kanoeçilərin mübarizəsində Aleksey Kupin 1 nəfərlik qayıqla (C-1) 1000 metr və 500 metr məsafələrə yürüş edəcək. O, elə ilk yarış günündə start xəttinə çıxacaq. Nikita Sablin isə iyulun 16-da 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşlərə qatılacaq.
Nəhayət, yeganə kayakçı Tamerlan Mustafayev 1 nəfərlik qayıqla (K-1) 500 metr və 200 metr məsafələri qət edəcək. O, müvafiq olaraq, iyulun 14-də və 16-da bu məsafələrə yürüşə başlayacaq.