Fotoreportaj|Video|На русском

Su idman növləri

Azərbaycan kayakçısı dünya kubokunun finalına yüksəlib

21 may 2016 00:30

Almaniyanın Duysburq şəhərində kayak və kanoe üzrə I Dünya Kubokuna start verilib. Azerisport.az xəbər verir ki, 3 günlük nüfuzlu reqatada Azərbaycanı 4 idmançı təmsil edir.

Bakı vaxtı ilə saat 11:45-də mübarizəyə kanoeçi Aleksey Kupin başlayıb. 1 nəfərlik qayıqla (C-1) çıxış edən Kupinin 7 rəqibi olub: Vinsent Slominski (Polşa), Oleq Tarnovski (Moldova), Adrian Bart (Fransa), Dieqo Romero (İspaniya), Stefanos Dimopulos (Yunanıstan), Rivey Vanq (Çin), Gerasim Koçnev (Özbəkistan). Azərbaycan təmsilçisi finişə 4 dəqiqə 3,436 saniyəyə çataraq, 7-ci olub. Bu nəticə ilə Kupin yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə o, Sebastian Brendel (Almaniya), Pavlo Altuxov (Ukrayna), Vinsent Slominski (Polşa), Adrian Bart (Fransa), Sergey Yemelyanov (Qazaxıstan), Oleq Şurikin (Rusiya), Adam Qavenda (Slovakiya) və Stepan Larionovla (Qazaxıstan) mübarizədə 4 dəqiqə 15,872 saniyə nəticə ilə 7-ci yeri tutub və mübarizəni dayandırıb. Kupin daha öncə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında çıxış edib. O, yarımfinalda mübarizəni dayandıraraq, lisenziyasız qalıb.

Saat 12:50-də yeganə kayakçı, artıq "Rio-2016"ya lisenziyanı təmin etmiş İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşə başlayıb. Seçmə yürüşdə olimpiya çempionunun rəqibləri Yuliya Borzova (Özbəkistan), Viktoriya Şvarts (Avstriya), Jimey Sara Çen (Sinqapur), İvana Kmetova (Slovakiya), Yu Ju (Çin), Cennifer Eqan (İrlandiya), Anastasiya Nevskaya (Rusiya) və Tabea Medert (Almaniya) olub. Osipenko-Radomskaya yürüşü hamıdan tez - 40,743 saniyəyə tamamlayaraq, yarımfinala yüksəlib.

Növbəti mərhələdə o, Marta Valçikeviç (Polşa), Spela Yanik Ponomarenko (Sloveniya), Marina Litvinçuk (Belarus), Emili Furnel (Kanada), Jo Briqden-Cons (Avstraliya), Julie Frölund Funx (Danimarka), Hanna Braun (Böyük Britaniya) və Cennifer Eqan (İrlandiya) ilə mübarizədə finişə yenə hamıdan tez - 40,629 saniyəyə çatıb və adını finala yazdırıb. Həlledici yürüş mayın 21-də saat 15:05-də olacaq.

Sabah digər yürüşlər də olacaq. İlk olaraq, Nikita Sablin və olimpiadaya daha bir lisenziyanın sahibi Valentin Demyanenko mübarizəyə başlayacaq. Hər iki kanoeçi 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Start xəttinə 10:55-də çıxacaq Sablinə Vadim Korobov (Litva), Aleksandr Maksimçuk (Ukrayna), Alfonso Benavides (İspaniya), Qianq Li (Çin), İvan Ştıl (Rusiya) və Zaza Nadiradze (Gürcüstan) rəqib olacaq. Bundan 5 dəqiqə sonra yürüşə atılacaq Demyanenko isə Conatan Haydu (Macarıstan), Angel Kodinov (Bolqarıstan), Pyer-Luk Laliberte (Kanada), Timur Xaydarov (Qazaxıstan), Ştefan Holts (Almaniya) və Yuri Çebanla (Ukrayna) yarışacaq. Hər 2 yürüşdə ilk 7-liyə düşənlər və 8-ci yeri tutanlar arasında ən yaxşı göstəriciyə malik kanoeçi yarımfinala adlayacaq.

Saat 11:39-da Kupin 1 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşə çıxacaq. Onun 8 rəqibi olacaq: Abdulaye Queye (Seneqal), Zaza Nadiradze (Gürcüstan), Ferents Seksardi (Avstraliya), Oleq Tarnovski (Moldova), Serciu Krakyun (İtaliya), Leon Mussell (Kuk adaları), Yosep Karlsson (Estoniya), Denis Kovalenko (Ukrayna). Yürüşün qalibi birbaşa finala, 2 - 7-ci yerlərin sahibləri yarımfinala yüksələcək.

Nəhayət, saat 17:41-də İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 500 metr məsafəyə yürüşə başlayacaq. Onun rəqibləri Yuliya Frölund Funx (Danimarka), Zoya Anançenko (Qazaxıstan), Yuliya Borzova (Özbəkistan), Jia Ninq Debora Sav (Sinqapur), Fransiska Vidmar (İsveçrə), Yuliana Salaxova (Rusiya) və Hideka Tatara (Yaponiya) olacaq. İlk "6-lığ"a düşənlər yarımfinala adlayacaqlar.

Qeyd edək ki, I Dünya Kubokuna mayın 22-də yekun vurulacaq.


Загрузка...

Другие новости этого раздела

Bakıda İCF prezidenti seçkisi keçirilib25 noyabrBakıda avarçəkmə yarışları üçün kanal tikiləcək25 noyabrAzad Rəhimov: Bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir25 noyabrBakıda İCF-nin Konqresi işə başlayıb24 noyabrBeynəlxalq Kanoe Federasiyasının prezidenti Bakıda seçiləcək23 noyabrAzərbaycanın 2 olimpiyaçısı karyerasını başa vurdu24 oktyabrValentin Demyanenko: Daha artığına layiq idim28 avqust"Cibimdə medal varsa, deməli, nəticə məni qane edir"24 avqustAzərbaycanı olimpiadada təmsil edəcək avarçəkənlər hazırlığı başa vurdular31 iyulAzərbaycanın 3 kayakçı və kanoeçisi DÇ-nin yarımfinalına vəsiqə qazanıb30 iyulAzərbaycanın iki kanoeçisi DÇ-də mübarizəni dayandırdı28 iyulAzərbaycan kanoeçisi dünya çempionatında yarımfinala yüksəlib28 iyulMinskdə dünya çempionatı başlayır: 4 idmançımız üçün şans27 iyulİdmançılarımız AÇ-də uğur qazana bilmədilər19 iyulKayakçı və kanoeçilərimiz AÇ-də mübarizəyə başlayır14 iyul
1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 
BAKU 2020
Neftchi fan shop