Fotoreportaj|Video|На русском

Su idman növləri

Yure Meqliç: Olimpiadada hədəfim medal qazanmaqdır

10 may 2016 15:20

Ölkə idmanı tarixində ilk dəfə kanoe-slalom növündə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Yure Meqliç mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək Avropa çempionatı ərəfəsində bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Avropa çempionatına hazırlığınız necə keçdi?
- Son hazırlıqlarımı Sloveniyada keçdim. Mayın 4-dək təlim-məşq toplanışında oldum. İlin əvvəlindən isə Avstriya, İspaniya, Fransa kimi ölkələrdə reqatalara qatıldım. Bunların birində 3-cü, bir başqasında 5-ci yeri tutdum. Avropa çempionatı bu il mənim ən böyük yarışım olacaq.

- Çempionatda nəyə ümid edirsiniz?
- İlk növbədə, finala yüksəlmək istəyirəm. Buna nail olsam, həlledici yürüşdə hər şey mümkündür. Bu ildən yürüşlər daha çox və sürətli olub. Ötən həftə bəzi xırda nüanslar üzə çıxdı ki, onları dəyişməliyəm. Amma ümidvaram ki, bunlara öyrəşmək üçün Avropa çempionatınadək vaxtımız olacaq. Ən önəmli məsələlərdən biri qayığı idarə edərkən, ayaqlardan daha çox yararlanmaqdır.

- Əsas rəqibləriniz kimlərdir?
- Düşünürəm ki, rəqib sayıla biləcək yaxşı kanoe-slalomçular var. Bilirəm ki, diqqətimi daha çox öz yürüşlərimə yönəltməli və başqa heç nə düşünməməliyəm. Amma Fransa, Almaniya, Polşa təmsilçiləri təhlükəlidirlər. Onların bir çoxu ilə məşqlərdə iştirak etmişəm. Fikrimcə, qələbəyə iddialı kanoe-slalomçuların sayı 15-20-dir.

- Əvvəllər 3 dəfə Avropa çempionu olmusunuz. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında hədəfiniz nədən ibarət olacaq?
- Medal qazanmaqdan. Biz medal üçün məşq edirik. Olimpiya medalı mənim uşaqlıq arzumdur. Lakin bunun üçün yürüşlərim sürətli və səhvsiz olmalıdır. Bundan sonra medal üçün başqa nəyin lazım olduğunu görə bilərik.

- Azərbaycanda avarçəkmə növlərinin hazırkı durumundan xəbərdarsınız?
- Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzi akademik avarçəkmə və kayak-kanoe üçün həqiqətən də yaxşı məkandır. Slalom üçün isə bizə axar su lazımdır. Ümidvaram ki, günlərin birində bu da olacaq. Bəzi yürüşlərin həqiqətən də ölkəmiz Azərbaycanda olmasını istərdim.

- Bu, Sizin axırıncı olimpiadanız olacaq?
- İnanıram ki, yox. Gördüyüm işi sevirəm. İndi öyrəndiyimiz çalışmalarla növbəti illərdə də cəld ola bilərik. Ona görə də orqanizmimlə bağlı problemlərin ortaya çıxmayacağına ümidvaram.

- Yürüşləriniz zamanı daha çox cərimə xallarına səbəb olan səhvlərə yol verirsiniz. Razısınız?
- Bəli. Olimpiadayadək 100 gündən az vaxt qalıb. Hazırda sürət və cərimə amilləri mənim üçün mühümdür. Amma inanıram ki, "Rio-2016"da kanoe-slalom yarışlarının başlayacağı avqustun 8-dək bunları aradan qaldıracağam. (AMAF-ın mətbuat xidməti)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah