Federasiya DÇ-nin Bakıda keçirilməyəcəyini təsdiqlədi
8 mart 2016 12:00
Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidməti xəbər verir ki, 2016-cı ildə Respublikada bir çox beynəlxalq idman yarışlarının keçirilməsi, eyni zamanda Braziliyanın Rio de Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları ilə bağlı, yarışların qrafikinin sıxlığını nəzərə alaraq Beynəlxalq Yelkənli İdman Federasiyası ilə razılaşdırmaqla yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə yeniyetmələr arasında Dünya Çempionatının təxirə salınması ilə bağlı qərar qəbul edilib. Azerisport.az saytına federasiyadan bildirildi ki, bu çempionatın yeniyetmələr arasında keçirilməsi nəzərdə tutulmuşdu. Çempionatın təxirə salınmasını maliyyə məsələləri ilə əlaqələndirmək düzgün deyil.