Bakı dünya çempionatından imtina etdi
7 mart 2016 14:45

Bu ilin yayında Bakıda keçirilməsi planlaşdırılan yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə dünya çempionatı baş tutmayacaq. Azerisport.az xəbər verir ki, ötən il Yunanıstanın Afina şəhərində Beynəlxalq Assosiasiyanın Baş Assambleyası mötəbər yarışı keçirməyi Azərbaycana həvalə edib.
Amma maliyyə probleminə görə, Azərbaycan Yelkənli İdman Federasiyası dünya çempionatını təşkil etməkdən imtina edib.
Qeyd edək ki, bu idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli qayıqlar üzrə idman növündən biridir. Üç yüz nəfərdən çox idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.