Fotoreportaj|Video|На русском

Su idman növləri

Azərbaycan milli komandası Rio-2016-ya lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayır

19 avqust 2015 19:30

Bu gün İtaliyanın Milan şəhərində kayak və kanoe üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı 6 idmançı təmsil edəcək. Onlardan 4-ü kanoe, 2-si kayak növündə mübarizə aparacaq.

Çempionatın proqramına əsasən, Azərbaycan təmsilçiləri mübarizəyə avqustun 20-də başlayacaqlar. Sabah Bakı vaxtı ilə saat 11:54-də kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) olacaq. İlk 6 pillənin sahibləri yarımfinala yüksələcəklər.

Saat 12:36-da kanoeçilərdən ibarət Sergey Bezuqlıy - Aleksey Kupin dueti start xəttinə çıxacaq. Kişilər arasında 2 nəfərlik qayıqla (C-2) 500 metr məsafəyə seçmə yürüşdə azərbaycanlı cütlüyün 6 rəqibi olacaq: Murat Satıbaldiyev - Tilek Satıbaldiyev (Qırğızıstan), Penqfey Çenq - Lonqkui Vanq (Çin), Pal Sarudi - Kristofer Forqo (Macarıstan), Viktor Qlazunov - Vinsent Slominski (Polşa), Məhəmməd Yunus Rustandi - Ənvər Tarra (İndoneziya), Anton Knesis - Martin Burkovski (Latviya). 1-ci yerin sahibləri birbaşa əsas finala, 2 - 7-ci yerləri tutanlar isə yarımfinala yüksələcəklər.

Saat 14:03-də kanoeçi Taras Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri Abraham Leo Ekiye (Nigeriya), Leonid Karp (Rumıniya), Strahinya Mladejiç (Serbiya), Mark Uilyam Olderşav (Kanada), Tomaş Kaçor (Polşa), Yoosep Karlson (Estoniya) və Xuan Dat Tran (Vietnam) olacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.

Saat 14:40-da daha bir kanoeçi, "Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə seçmə yürüşdə start xəttinə çıxacaq. Ona Suren Malxasyan (Yunanıstan), Kastilyo Kastaneda (Meksika), Ronni Ratya (Venesuela), Yuri Çeban (Ukrayna), Naoya Sakamoto (Yaponiya), Madumetya Fillemo Maema (CAR), Abraham Leo Ekiye (Nigeriya) və Vieqas de Seyta (San-Tome və Prinsipi) rəqib olacaq. İlk 7 yeri tutanlar yarımfinala çıxacaqlar.

Avqustun 21-də saat 11:55-də kayakçı İnna Osipenko Rodomska 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onun rəqibləri Zoya Manayeva (Moldova), Marina Toribonq (Palau), Tereza Portela (Portuqaliya), Ninetta Vad (Macarıstan), Sofiya Yurçenko (Belarus), Jiexian Stefani Çen (Sinqapur) və Mereana Hodces (Kuk adaları) olacaq. İlk 6 yerin sahibləri yarımfinala yüksələcəklər.
  
Saat 12:25-də digər kayakçı Mirnazim Cavadov kişilər arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə çıxacaq. Onun rəqibləri Penq Ju (Çin), Ray Akuna (Venesuela), Filip Svab (Çexiya), Pavel Kaçmarek (Polşa), Marko Draqoslavlyeviç (Serbiya), Abdelmajid Jabbur (Mərakeş), Edoardo Kierini (İtaliya) və Toni Jill Lespua (Seyşel adaları) olacaq. İlk 6 yerin sahibləri yarımfinala yüksələcəklər.

Saat 13:45-də kanoeçilərdən ibarət Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə seçmə yürüşə qatılacaq. Azərbaycanlı cütlüyün rəqibləri Hosea Motupi Seleka - Madumetya Fillemo Maema (CAR), Raju Ravat - Ceymsboy Sinq Oynam (Hindistan), Penqfey Çenq - Lonqkui Vanq (Çin), Matyö Bönye - Adrian Bart (Fransa), Peter Kretşmer - Mixael Müller (Almaniya), Andrey Boqdanoviç - Aleksandr Boqdanoviç (Belarus) və əvvəllər ölkəmizi təmsil etmiş Nikolay Matviyçuk - Adnan Əliyev (Türkiyə) duetləri olacaq. İlk 6 pillənin sahibləri yarımfinala yüksələcəklər.

Saat 14:48-də kanoeçi Taras Matviyçuk 1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə seçmə yürüşə çıxacaq. Ona Fakundo Pagiola (Argentina), Xuan Dat Tran (Vyetnam), Rastislav Kohut (Slovakiya), Martin Fuksa (Çexiya), Mixal Kudla (Polşa), Yoosep Karlson (Estoniya) və Murman Malaniya (Gürcüstan) rəqib olub. İlk 6 yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.

Saat 15:06-da kayakçı Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə qatılacaq. Onunla birgə start xəttinə Aleksandr Lyapyoşka (Belarus), Fabio Viss (İsveçrə), Yuri Berejintsev (Qazaxıstan), Rene Holten Poulsen (Danimarka), Viktor Dyomin (Slovakiya), Sergey Vixrov (Moldova), Oleq Kuxarik (Ukrayna) və Daniel Teterev (Qırğızıstan) çıxacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.

Dünya çempionatına avqustun 23-də yekun vurulacaq.

Lisenziya qaydaları: Dünya çempionatından Rio-2016-ya lisenziya qazanmaq üçün Azərbaycanın kayakçılarından Mirnazim Cavadov kişilər arasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə ilk "8-liy"ə, İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə, 200 metr məsafəyə yürüşdə ilk "8-liy"ə, kanoeçilərdən Taras Matviyçuk 1 nəfərlik, Sergey Bezuqlıy - Aleksey Kupin dueti 2 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə ilk "6-lığ"a, Valentin Demyanenko 200 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşməyi bacarmalıdır. Buna nail ola bilməyənlərə 2016-cı ilin mayında Almaniyanın Duysburq şəhərində keçiriləcək Avropa təsnifat reqatasında çıxış etmə şansı veriləcək. Amma həmin reqatada ilk 2 yerdən birini tutmaq lazım gələcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah