Fotoreportaj|Video|На русском

Su idman növləri

Natiq Abbasov: Avropa Oyunları ilə əlaqədar bazamıza yeni qayıqlar gətirilib

4 aprel 2015 19:00

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti və “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru Natiq Abbasov Beynəlxalq Prezident Kuboku və I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək kayak və kanoe yarışlarına hazırlıqla bağlı jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Əvvəlcə Beynəlxaq "Prezident kuboku” reqatası barəsində fikirlərinizi bilmək istərdik...
- Bu reqata ənənəvi olaraq 2008-ci ildən təşkil olunur. Hər il olduğu kimi, bu dəfə də yerli idmançılarla yanaşı, xarici ölkələrdən də yarışda iştirak edənlər var. Bu il Rusiya və Ukrayna yığmaları müəyyən səbəbləri görə, "Prezident kuboku”nda iştirak edə bilmədilər. Turnirdə Azərbaycan, Türkiyə və Gürcüstanın 100-dən çox avarçəkəni iştirak edir. Ötən illərdən fərqli olaraq, bu reqata I Avropa Oyunlarına test xarakteri daşıyır. Oyunlar zamanı kayaqçı və kanoçilər məhz Mingəçevirdə mübarizə aparacaqlar. Bununla bağlı bazamıza yeni qayıqlar da gətirilib, mətbuat otağı və digər yardımçı qurğuların quraşdırılmasına başlanılıb.

- Bu reqata ötənilkilərdən nə ilə fərqlənir?
- Bayaq dediyim kimi, bu yarış Avropa Oyunlarına test xarakteri daşıyır. Bundan başqa, bu il ilk dəfə olaraq yarşda paralimpiyaçı Asif Qasımov iştirak etdi. O, turnirdə müsabiqədənkənar mübarizə apardı və yüksək nəticə göstərdi.

- I Avropa Oyunlarında kayak və kanoe növü üzrə yarışlar ilk dəfə olaraq Mingəçevirdə keçiriləcək. Mötəbər turnirə hazırlıq işləri necə gedir?
- Olimpiya kəndində binalar tikilib istifadəyə verilib. Hazırda idmançılar üçün otaqlarda mebellərin yerləşdirilməsi davam edir. Kayak və kanoe yarışlarında 350-ya yaxın idmançı iştirak edəcək. Olimpiya şəhərciyində 1500 idmançı və məşqçi yerləşdirmək imkanımız var. Yeri gəlmişkən, Avropa Oyunlarında könüllülər də iştirak edəcək. Onlar Gəncə və Mingəçevirin ali və orta ixtisas məktəblərindən dəvət olunublar. Hazırda 40 könüllü burada hazırlıq keçir. Yaxın vaxtlarda onların sayı artırılacaq. Bununla yanaşı, burada Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə hazırlıqlarımızı davam etdiririk. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışırlar. O mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onlarla bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.

- Avropa Oyunlarında kayak və kanoe yarışları paytaxtdan kənarda keçirilir. Bununla bağlı mötəbər turnirdə komandaları, qonaqları qarşılamaq və yerləşdirmək problem yaratmayacaq?
- “Kür” Olimpiya Mərkəzinin infrastrukturunda müəyyən dəyişiliklər olub. Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün əlavə vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün buraya kənardan tanınmış mütəxəssislər də dəvət olunublar. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. Sizi inandırıram ki, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək I Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq. (AMAF)

Другие новости этого раздела

9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur
Arxiv
Sabah