Azərbaycan İspaniyaya yenə qalib gəldi
11 iyun 2016 20:00
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa Liqasında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, millimiz bu dəfə İspaniya ilə qarşılaşıb.
Əvvəlki dörd oyunun hamısında qalib gələn Faiq Qarayevin yetirmələri bu rəqibinə yenə şans verməyib. İspanlar bir setdə qalib gəlsələr də, bu, millimizin ardıcıl beşinci qələbəsinə mane olmayıb.
Qeyd edək ki, artıq yarımfinala vəsiqəni təmin edən Azərbaycan yığmasını son turda Fransa ilə görüş gözləyir.
Avropa Liqası
Qrup mərhələsi
5-ci tur
11 iyun
Azərbaycan – İspaniya 3:1 (25:14, 25:19, 14:25, 25:17)
Turnir cədvəli: Azərbaycan - 15 xal (set fərqi 15-2), Çernoqoriya - 5 (6-8), Fransa - 4 (7-11), İspaniya - 3 (7-15)