Azərbaycan Çernoqoriyaya da qalib gəlib, Avroliqanın yarımfinalına çıxdı
10 iyun 2016 20:20
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Fransanın Renn şəhərində baş tutan ikinci dövrənin ilk matçında komandamız Çernoqoriya ilə qarşılaşıb.
Gözlənildiyi kimi, Faiq Qarayevin yetirmələri bu görüşdə də asan qələbəyə sevinib. Nəticədə, qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn voleybolçularımız son iki turun nəticəsindən asılı olmayaraq, Avroliqanın yarımfinalıa vəsiqəni təmin edib.
Çernoqoriya – Azərbaycan 0:3 (12:25, 21:25, 19:25)
Turnir cədvəli: Azərbaycan - 12 xal (set fərqi 12-1), Çernoqoriya - 5 (6-8), İspaniya - 2 (3-5), Fransa - 1 (2-6).