Azərbaycan İspaniyaya da qalib gəldi
6 iyun 2016 00:05

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Avropa Liqasında üçüncü oyununu keçirib. Azerisport.az xəbər verir ki, Çernoqoriyada təşkil olunan "B" qrupunun növbəti oyununda millimiz İspaniya ilə qarşılaşıb.
Görüş voleybolçularımızın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komandamız ilk iki oyununda Fransa və Çernoqoriyaya 3:0 hesabıyla qalib gəlmişdi.
"B" qrupunda ikinci dövrənin oyunları 10-12 iyunda Fransada keçiriləcək.
İspaniya - Azərbaycan 1:3 (16:25, 25:23, 17:25, 16:25)
Turnir cədvəli: Azərbaycan - 9 xal (9-1), Çernoqoriya - 3 (3-3), İspaniya - 2 (4-8), Fransa - 1 (2-6)